Dünya

Gürcüstan Aİ-yə üzvlük üçün sorğunun ikinci hissəsini təqdim edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ-nin respublikadakı səfiri Karl Hartzelə Avropa İttifaqına üzvlüklə bağlı doldurulmuş sorğunun ikinci hissəsini təqdim edib. Bu barədə çərşənbə axşamı Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Avropalı diplomat anketi doldurduğuna görə Gürcüstanın Baş nazirinə təşəkkür edib və respublikanın nailiyyətlərinin qiymətləndirilməsində Avropa Komissiyasına köməklik göstərəcəyini qeyd edib. Sorğunun ikinci hissəsi 33 fəsildən […]

İdman

Türkiyə Kubokunda ilk finalçı bəlli olub: “Trabzonspor” məğlub oldu

Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı müəyyənləşib. Yarımfinal mərhələsinin cavab oyununda evdə “Trabzonspor”u 4:2 hesabı ilə məğlub edən “Kayserispor” həlledici qarşılaşmaya vəsiqə qazanıb. Kayseri təmsilçisi ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzmuşdu. Yarımfinalın digər oyununda “Sivasspor” “Alanyaspor”u qəbul edəcək. Xeberal.az

Mədəniyyət

“Avroviziya”nın I yarımfinalı keçirilir – CANLI

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.  Birinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan. Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli ikinci yarımfinalda çıxış edəcək. […]