Dünya

Dollar indeksi son 20 ilin ən yüksək səviyyəsinə yüksəldi

Bazar ertəsi, mayın 9-da dollar indeksi 2002-ci ilin sonundan etibarən ilk dəfə olaraq 104 bəndi ötüb. Bu barədə “Prime” məlumat verib. “MarketScreener”in məlumatına görə isə bu, təhlükəsiz valyuta kimi dollara marağın artması fonunda baş verib. Həmçinin ABŞ valyutası ABŞ-da faiz dərəcələrinin artması gözləntiləri ilə dəstəklənir. Günortaya doğru (Moskva vaxtı ilə) avro 1,0551 dollardan 1,0517 dollara […]

MARAQLI

“Dior” satışa 1000 dollarlıq səndəl çıxardı – FOTO

Fransanın “Dior” moda evi yeni səndəl modelini təqdim edib. Ayaqqabılar yüksək texnologiyalı materiallardan istifadə edilərək hazırlanıb və dağ gəzintisi üçün nəzərdə tutulub. Qara və bej rənglərində təqdim olunan səndəllər brendin loqosu ilə zəngin şəkildə bəzədilib; loqonu ultra yüngül altlığın daxili və xarici hissəsində, həmçinin ayaqqabının plastik kəmərində görmək olar. Səndəlin 1000 dollar dəyərində olduğu bildirilir. […]

Dünya

Mask Roqozinin hədələrinə cavab verdi: “Əgər ölərsəm…” – FOTO

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozinin hədələrinə cavab verib. Bununla bağlı o, özünün “Twitter” hesabından iki paylaşım edib. Birinci tvitində o, Azov alayını müdafiə edib və bildirib ki, “nasist” termini Roqozinin başa düşdüyü mənanı vermir. Ekspertlərin fikrincə, biznesmen bununla “Roskosmos” rəhbərini Moskvanın fəaliyyətinə baxması ilə […]

Dünya

Latviya Kirkorov, Petrosyan və Viner-Usmanova üçün ölkəyə girişi qadağan edib

Latviya rusiyalı müğənni Filipp Kirkorov, komediya ustası Yevgeni Petrosyan və Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanovanın respublikaya girişinə qadağa qoyub. Bu barədə bazar ertəsi, mayın 9-da ölkənin xarici işlər naziri Edqars Rinkeviçs bildirib. Latviyanın Rusiyanın tanınmış simalarını “persona non qrata” elan etdiyi bildirilir. Kirkorov, Petrosyan və Viner-Usmanovaya “qeyri-müəyyən müddətə” ölkəyə giriş qadağan edilib. Rinkeviçs bu […]

Dünya

Ukraynaya Aİ-də namizədlik statusunun verilməsi üçün zəruri addım tamamlandı – FOTO

Kiyev Ukraynanın Avropa İttifaqına üzvlük üçün namizəd statusu almaq imkanlarını qiymətləndirən sorğunun ikinci hissəsini tamamlayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə videogörüş olub və Avropa İttifaqına üzvlüyə namizəd statusu əldə edilməsi üçün doldurulmuş sorğunun ikinci hissəsi nümayiş edilib. “Bizim üçün […]

Dünya

Rusiyalı pilotlar əmrlərə tabe olmamaq üçün öz döyüş sursatlarını tükədir

“Ukraynadakı vəziyyəti anlayan bəzi rusiyalı hərbçilər cinayətkar sifarişləri yerinə yetirmək istəmirlər”. Bu sözləri Ukraynanın Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kim deyib. “Bizim əldə etdiyimiz məlumatlara görə, bəzi düşüncəli rusiyalılar, ayrı-ayrı pilotlar, cinayətkar əmrlərə tabe olmamaq üçün boş sahələrdə öz sursatlarını tükədir. Bunun üçün sizə təşəkkür edirik. Belə davam edin, heç kimə qulaq asmayın”, – deyə […]

MARAQLI

Rusiya və ABŞ-ın sahib olduğu “Qiyamət günü təyyarəsi” nədir? – FOTO

“Qiyamət günü təyyarəsi” kimi tanınan “II-80” illər sonra Rusiyanın Qələbə paradının məşqində nümayiş olunub. ABŞ-da da fövqəladə hallar üçün eyni məqsədli təyyarənin hazır vəziyyətdə saxlandığı bildirilir. Bu il Rusiyanın Qələbə paradına hazırlıqlar əsnasında Moskva səmalarında Müqəddəs Vasili Kilsəsi üzərində Tu-160 strateji bombardman təyyarələri və səsdən sürətli reaktiv təyyarələrin uçuşu baş tutub. Digər tərəfdən də “II-80” […]

Cəmiyyət

Bakıda piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Vəliyev Vasif Mətləb oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Xeberal.az

Dünya

İranlı siyasətçidən qalmaqallı sözlər: “İraqda Türkiyə qüvvələrini biz vurduq”

İranın İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin rəisi Hüseyn Taibin qardaşı, mühafizəkar siyasətçi Mehdi Taib İraqdakı Türkiyə mövqelərinin atəşə tutulmasının arxasında İranın olduğunu açıqlayıb. Taib İran Beynəlxalq Televiziyasının (İnternational TV) internet saytında və bəzi sosial media hesablarında yayımlanan səs yazısında Türkiyənin Suriya və İraqda terrora qarşı apardığı hərbi əməliyyatları tənqid edərək, bölgədəki Türkiyə hərbi qüvvələrinə qarşı hücumların […]

Siyasət

Ümummilli lider Heydər Əliyevin doğum günüdür – VİDEO

Bu gün Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin […]