İqtisadiyyat

Azərbaycanda satışa çıxarılan obyektlər: 750 manatdan 751 min manatadək – SİYAHI

7 iyun 2022-ci il tarixində hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı açıqlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Hərraca çıxarılan obyektlərin siyahısı belədir: Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi, yardımçı təsərrüfat – 75 000 manat Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 42 saylı mağaza – 400 000 manat Siyəzən şəhəri, Heydər […]

Cəmiyyət

Rusiya aviaşirkəti Həştərxandan Bakıya uçuşlara başlayacaq

Azimut Hava Yolları beynəlxalq marşrut şəbəkəsini genişləndirir və bu çərçivədə Soçidən Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyə başlayıb. Ənənəyə uyğun olaraq, ilk reysə birinci bilet alan sərnişinlərə aviaşirkətdən hədiyyə olaraq xüsusi sertifikatlar təqdim edilib. Soçi-Bakı reysinin ilk sərnişini Lalə Quliyeva, Bakı-Soçi reysinin birinci sərnişini isə Ruslan Şəfirov olub. Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə […]

Cəmiyyət

Altı kəndin yolu niyə bağlandı? – VİDEO

Bir neçə gündür yağan güclü yağış nəticəsində Pirsaat çayı üzərində yerləşən körpü uçub. Nəticədə altı kəndin yolu bağlanıb. Sakinlər qeyd edirlər ki, körpü ötən ilin aprel ayında təmirə bağlansa da işlər tam yekunlaşmayıb. Odur ki, sel suları gələn zaman köməkçi körpünü uçurur və təkrar-təkrar bənzər problemlər üzə çıxır.  Kənd sakini Əhməd Hüseynov bildirib ki, altı […]

Siyasət

Azərbaycandan Ukraynaya 20 ton humanitar yardım çatdırılıb

Mayın 10-da Azərbaycandan Ukraynanın Dnepr şəhərinə 20 ton humanitar yardım çatdırılıb. Bu barədə Dnepr Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb. Humanitar yardıma müharibə dövründə ən çox tələb olunan uzunmüddətli saxlanma qabiliyyətinə malik məhsullar və dərman preparatları daxildir. Şəhər Şurasından verilən məlumata görə, bu vasitələr məcburi köçkünlər arasında bölüşdürüləcək. Mənbə: dnepr.express Xeberal.az

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşa Realnı Məktəbindəki təmir-bərpa işləri ilə tanış olublar – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. AZƏRTAC xəbər verir ki, təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və Birinci vitse-prezidentə görüləcək işlər barədə məlumat verdi. Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi […]

Siyasət

Prezident və Mehriban Əliyeva Şuşadakı inzibati bina və Şirin su hamamında bərpa işləri ilə tanış olub – FOTO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci vitse-prezidentə şəhərdəki inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verib. Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı […]

İdman

UEFA Çempionlar Liqasında inqilabi dəyişikliklər etdi

UEFA Çempionlar Liqasında 2024-2025-ci illər mövsümündən etibarən qüvvəyə minəcək dəyişikliyi açıqlayıb. Qurumdan verilən məlumata görə, həmin dövrdən başlayaraq turnir İsveçrə sistemi üzrə keçiriləcək və iştirakçıların sayı 32-dən 36-ya çatdırılacaq. Ən böyük dəyişiklik ənənəvi qrup mərhələsindən bütün iştirakçı komandaların daxil olduğu vahid liqa mərhələsinə keçid olacaq. Hər bir klub ilkin mərhələdə 8 fərqli rəqibə qarşı ən […]

Siyasət

Azərbaycan və Argentina XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib – FOTO

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 9 may 2022-ci il tarixində Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə dövlətlərarası münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub. Müxtəlif […]

Siyasət

Prezident İlham Əliyevin Şuşada müraciəti – VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciət edib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir. Prezident İlham Əliyevin müraciəti: – Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da […]

Siyasət

Şuşada Mehmandarovların malikanə kompleksində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır – FOTO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib. Bildirildi ki, Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa […]