Cəmiyyət

Rusiya aviaşirkəti Həştərxandan Bakıya uçuşlara başlayacaq

Sharing is caring!

Azimut Hava Yolları beynəlxalq marşrut şəbəkəsini genişləndirir və bu çərçivədə Soçidən Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyə başlayıb.

Ənənəyə uyğun olaraq, ilk reysə birinci bilet alan sərnişinlərə aviaşirkətdən hədiyyə olaraq xüsusi sertifikatlar təqdim edilib.

Soçi-Bakı reysinin ilk sərnişini Lalə Quliyeva, Bakı-Soçi reysinin birinci sərnişini isə Ruslan Şəfirov olub.

Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Həmçinin, aviaşirkət 2022-ci il iyunun 1-dən Həştərxandan Bakıya uçuşlara start verəcək.

Mənbə: azimuth.aero

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir