Dünya

Latviya Kirkorov, Petrosyan və Viner-Usmanova üçün ölkəyə girişi qadağan edib

Sharing is caring!

Latviya rusiyalı müğənni Filipp Kirkorov, komediya ustası Yevgeni Petrosyan və Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanovanın respublikaya girişinə qadağa qoyub. Bu barədə bazar ertəsi, mayın 9-da ölkənin xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

Latviyanın Rusiyanın tanınmış simalarını “persona non qrata” elan etdiyi bildirilir. Kirkorov, Petrosyan və Viner-Usmanovaya “qeyri-müəyyən müddətə” ölkəyə giriş qadağan edilib.

Rinkeviçs bu qərarın “immiqrasiya qanunu əsasında” qəbul edildiyini qeyd edib. Eyni zamanda o bildirilib ki, Rusiya vətəndaşlarının qara siyahıya salınmasına səbəb onların Ukrayna müharibəsində Rusiyaya dəstək verməkdə fəal mövqe nümayiş etdirmələridir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir