MARAQLI

Dünyanın “yeni” ən yaşlı insanı fransız rahibə oldu: “Tanrı məni çağırmağı unudub deyəsən”

Dünyanın ən yaşlı insanı olaraq tanınan yapon Keyn Tanaka 19 apreldə dünyasını dəyişib. Dünyanın ən yaşlı insanı artıq fransız rahibə Lucile Randondur. Fransada doğulan və rahibə Andre adı ilə tanınan 118 yaşındaki Lucile Randon Keyn Tanakanın ölümündən sonra təsdiq edilmiş ən yaşlı insan olub. Lucile Randon 11 fevral 1904 -cü ildə dünyaya gəlib.  Dünyanın ən yaşlı […]

İdman

“Trabzonspor”lu maşını “Samsunspor” azarkeşinin üzərinə sürdü” – VİDEO

Türkiyənin Samsun şəhərində “Trabzonspor” azarkeşləri ilə “Samsunspor” azarkeşləri arasında gərginlik yaşanıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, çempionluğu qeyd etməyə çıxan “Trabzonspor” azarkeşlərindən biri avtomobilini “Samsunspor” azarkeşinin üzərinə sürüb. Görüntüləri təqdim edirik:   Xeberal.az

İdman

İstanbulda “Fənərbağça” və “Trabzonspor” azarkeşləri arasında gərginlik – VİDEO

İstanbulda “Fənərbağça” azarkeşləri ilə “Trabzonspor” azarkeşləri arasında gərgin anlar yaşanıb. Belə ki, Kadıköydəki Bağdad küçəsində bir qrup “Fənərbağça” azarkeşi “Trabzonspor” bayrağı dalğalandırmağa çalışan azarkeşlərə hücum edib. İnsidentin qarşısı polisin müdaxiləsi ilə alınıb. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Maşın yoldan çıxaraq aşdı, sürücü ölüb – FOTO

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ağır xəsarət alan sürücü, 1994-cü il təvəllüdlü İlqar Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışıb. Xeberal.az

Dünya

Ukrayna ABŞ-dan milyardlıq yardımın nəyə sərf ediləcəyini AÇIQLADI

ABŞ Ukraynaya 33 milyard dollar məbləğində yardım edəcək. Ukrayna Prezident Aparatı rəhbərinin müavini Andrey Sibiqa vəsaitin nəyə sərf olunacağını bildirib. Onun sözlərinə görə, ABŞ-ın ayırdığı pul Ukraynanın ən çox ehtiyac duyduğu silah, texnika və avadanlıqların alınmasına sərf olunacaq. Eyni zamanda, bütün satınalmalar Rusiya ordusuna ən effektiv müqavimət göstərmək üçün tələblərin prioritetinə uyğun olaraq həyata keçiriləcək. […]

Dünya

Kim Çen In ordunu nüvə təhlükəsi ilə bağlı tədbirli olmağa çağırdı

Şimali Koreya lideri Kim Çen In ordunu nüvə təhlükəsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə hazır olmağa çağırıb. Koreya ordusunun komandirləri ilə görüşdə o, hərbçiləri nüvə təhlükələri də daxil olmaqla bütün təhlükəli cəhdləri və təhdidedici hərəkətləri qabaqlayıcı şəkildə və hərtərəfli yatırmağa hazır olmağa səsləyib. Onun fikrincə, ölkənin və xalqın təhlükəsizliyinə yalnız böyük hərbi güc təminat verə […]

Cəmiyyət

Kəndli su tapmır: Əkinlər qurumaq üzrədir – VİDEO

Kəndli min bir əziyyətlə əkdiyi yonca və taxılı sulamalıdır, ancaq təəssüf ki, su tapmır. Hazırda bu problemlə üz-üzə qalan Neftçalanın Beştəli kəndinin camaatıdır. Sakinlər iddia edirlər ki, bu günə qədər aidiyyəti üzrə dəfələrlə müraciət ediblər. Lakin nə bir cavab var, nə də bir hərəkət. Sahələr isə susuzluqdan yanır. Oxu.Az xəbər verir ki, bu barədə Xəzər […]

Dünya

Arestoviç rusiyalı general Simonovun öldürülməsi barədə: “Məhv edilib”

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun idarəetmə məntəqəsinə zərbə endiriblər. İlkin məlumatlara görə, yüzlərlə Rusiya hərbçisi zərbə zamanı öldürülüb. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. Onun sözlərinə görə, İzyuma, Hava Desant Qüvvələrinin qərargahı və ikinci ümumqoşun ordusunun qərargahına zərbə endirilib. Vurulan hədəflərin hər birində ən azı 100-200 arası Rusiya hərbçisi […]

Cəmiyyət

Azərbaycanda acı MƏNZƏRƏ: Bu uşaqlar nə hərf tanıyır, nə də rəqəmləri – VİDEO

Musayevlər ailəsi 12 ildən çoxdur ki, Bərdədə fermada yaşayır. Ən acınacaqlısı isə odur ki, ailənin 2 azyaşlı balası da burada, məhz bu mühitdə böyümək məcburiyyətindədir. Uşaqlardan biri hazırda 1-ci, digəri isə 6-cı sinifdə oxumalıdır. Ancaq təəssüflər olsun ki, onlar hələ hərfləri, rəqəmləri belə tanımırlar.  Oxu.Az xəbər verir ki, ailə ilə bağlı Xəzər TV sujet hazırlayıb.  Valideynləri bildirir […]