Dünya

Conson Zelenski ilə danışdı: “Britaniya qələbə üçün Ukraynaya yardım edəcək”

Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Britaniya baş naziri telefon söhbətində Rusiya Prezidenti Vladimir Putinin planlarının süquta uğramasını, Ukraynaya hərbi və humanitar yardımı davam etdirməyi istədiyini bildirib. Boris Conson və Volodimir Zelenski həmçinin Mariupoldan dinc sakinlərin […]

Cəmiyyət

“Azərişıq”ın əməkdaşı hündürlükdən yerə YIXILDI

Ağstafanın Qırlı kəndində bədbəxt hadisə yaşanıb. “Qafqazinfo” xəbər verir ki, kənd sakini, 1969-cu il təvəllüdlü Elman Məmmədov elektrik xətlərini təmir edən zaman hündür dirəkdən yıxılaraq xəsarət alıb. Xəstəxanaya çatdırılan E.Məmmədovun vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, o, “Azərişıq ASC”nin əməkdaşıdır.  Araşdırma aparılır.  Xeberal.az

İdman

Ərdoğan “Trabzonspor”u təbrik etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Trabzonspor”u çempionluq münasibətilə təbrik edib. Bu barədə Türkiyə lideri “Twitter” hesabında paylaşım edib. “Super Liqanın 2021-2022-ci illər Ahmet Çalık mövsümünün çempionu olan “Tranzonspor” klubunu, azarkeşlərini, Trabzon şəhərini və bütün “Trabzonspor” cameəsini səmimi qəlbdən təbrik edirəm”, – deyə R.T.Ərdoğan bildirib. Qeyd edək ki, “Trabzonspor” evində “Antalyaspor”la 2-2 heç-heçəyə imza ataraq 38 […]