Dünya

Kim Çen In ordunu nüvə təhlükəsi ilə bağlı tədbirli olmağa çağırdı

Sharing is caring!

Şimali Koreya lideri Kim Çen In ordunu nüvə təhlükəsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə hazır olmağa çağırıb.

Koreya ordusunun komandirləri ilə görüşdə o, hərbçiləri nüvə təhlükələri də daxil olmaqla bütün təhlükəli cəhdləri və təhdidedici hərəkətləri qabaqlayıcı şəkildə və hərtərəfli yatırmağa hazır olmağa səsləyib.

Onun fikrincə, ölkənin və xalqın təhlükəsizliyinə yalnız böyük hərbi güc təminat verə bilər.

Bundan əvvəl Şimali Koreyanın 2017-ci ildən bəri ilk nüvə sınağını keçirməyi planlaşdırdığı barədə xəbər yayılıb.

KXDR-in Pxunqeridəki nüvə poliqonu üzərindən çəkilmiş peyk görüntüləri sınaqlara genişmiqyaslı hazırlıqdan xəbər verir. Sınaqlar bu ilin may-sentyabr ayları arasında keçirilə bilər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir