Xarici siyasət

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü oldu — YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib. XəbərAl.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub. […]

Xarici siyasət

Putin: “Moskva və Bakı Azərbaycanda COVİD vaksini istehsalı üzərində çalışır”

Rusiya və Azərbaycan pandemiya ilə mübarizə sahəsində fəal əməkdaşlıq edir. TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bəyan edib. O, bildirib ki, Bakı və Moskva Azərbaycanda COVİD vaksini istehsalına başlamaq üzərində çalışır. Həmçinin, Putin qeyd edib ki, 100 min dozadan çox Rusiya istehsalı olan koronavirus əleyhinə […]

Xarici siyasət

Putin İlham Əliyevə təşəkkür etdi

Kremldə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşü keçirilir. “RİA Novosti” xəbər verir ki, görüş zamanı başlıca müzakirə mövzularından biri Qarabağ məsələsi olub. Putin Azərbaycan Prezidentinə məsələnin həllilə bağlı kompromis variantların tapıldığı üçün təşəkkürünü bildirib. Həmçinin, ikitərəfli münasibətlərə də toxunan Rusiya dövlət başçısı bildirib ki, ölkələr arasındakı iqtisadi […]

AKTUAL

ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır”. XəbərAl.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yayılan məlumatda yer alıb. “Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, iyulun 19-u saat […]

Xarici siyasət

Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi — FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib. XəbərAl.az xəbər evrir ki, cari ilin 20 iyul tarixində 40 min doza Vaxzevria (AstraZeneca) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib. Hava limanında yük Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul […]

Asiya

Türkiyənin pilotsuz döyüş təyyarəsi — FOTOLAR

Türkiyənin aero-kosmik sənaye qurumu olan “Baykar”ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib. “Report”un xəbərinə görə, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq. “Bundan sonraki layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik” – o, əlavə edib. X X X “Pilotsuz […]

Xarici siyasət

Türkiyə səfirliyi xalqımızı Qurban bayramı münasibəti ilə təbrik etdi — FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı Qurban bayramı münasibəti ilə təbrik edib. Diplomatik nümayəndəlik bununla bağlı “Twitter” hesablarında paylaşım edib. “Qurban bayramınız mübarək, birliyimiz və qardaşlığımız əbədi olsun. Dost və qardaş Can Azərbaycanın Qurban bayramını təbrik edirik”, – deyə paylaşımda bildirilib.

İdman

Olimpiya Oyunlarının şüarı dəyişdirildi

Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib. XəbərAl.az xəbər verir ki, bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub. Olimpiya şüarı belə səslənəcək: “Birlikdə – daha sürətli, daha yüksək və daha güclü”! “Daha sürətli, daha yüksək, daha güclü” şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib. […]

Xarici siyasət

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. XəbərAl.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında yer alan təbrikdə deyilir: “Bu bayram müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır. Milyonlarla amerikalı müsəlman azərbaycanlı bacı və qardaşları kimi bu bayramı ailə üzvləri ilə birgə, ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizləri bir […]

Siyasət

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib. XəbərAl.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol […]