Müharibə

Sədərək istiqamətindəki mövqelərimiz yenidən atəşə tutuldu — RƏSMİ

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Ölkə

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. XəbərAl.az xəbər verir ki, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edir. Bu gün məscidlərdə birgə Bayram namazları qılınacaq. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. Azərbaycan xalqı bu il Qurban bayramını Zəfər abı-havasında qarşılayır. Eyni zamanda builki Qurban bayramı dünyada hələ də […]

İdman

Milli Məclisin deputatı Ülvi Quliyev Qarabağ qazisinə iylənmiş ət göndərib

15 saylı Yasamal I seçki dairəsindən deputat Ülvi Quliyevin adından Vətən Müharibəsi iştirakçılarına göndərilən Qurbanlıq payı narazılığa səbəb olub.  Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, deputatın qazilərə göndərdiyi qurbanlıq ət payı köhnə kəsilmiş olub, eyni zamanda ətin rəngi də dəyişib. Namir Hasanlı adında qazimiz də bu “pay”dan alanlar arasındadır: “Bu edilən həqiqətən hörmətsizlikdir, […]