Sənaye və energetika

Bu il Azərbaycan xaricə 11 milyon dollarlıq neft koksu satıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 160 min ton neft koksu ixrac edib. XəbərAl.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 10,8 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,1 % olub.

Xarici siyasət

Azərbaycan XİN Paşinyanın iddialarına münasibət bildirdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı sualını cavablandırıb. XəbərAl.az L.Abdullayevaya ünvanlanmış sualı və XİN rəsmisinin cavabını təqdim edir: Sual: Ermənistan Baş naziri N.Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti ilə 17 iyul tarixində keçirdiyi mətbuat brifinqində Azərbaycan əleyhinə ittihamlarla […]

Ölkə

İstirahət günü 39 dərəcə isti olacaq

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 […]

Hərbi

Azad olunan ərazilərdə 177 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 143 hektar ərazi mina […]

Xarici siyasət

İlham Əliyev Belçikalıların Kralına və Almaniya Prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. XəbərAl.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və […]

Dünya

Kuba 100% effektiv olan vaksin istehsal etdi

Kubanın koronavirusa qarşı istehsal etdiyi “Abdala” adlı peyvənd 100%-lik effektivlik göstərib. “XəbərAl.az” “TASS”a istinadən xəbər verir ki, “Abdala” peyvəndi kliniki sınaqların üçüncü mərhələsində xəstəliyin ağır formalarına və ölümcül nəticələrə qarşı 100% effektivlik nümayiş etdirib. Gen Mühəndisliyi üzrə Milli Mərkəzin direktoru Marta Ayala deyib ki, hazırda bu vaksinin effektivliyi ilə bağlı araşdırmanın hədəf kütləsini 300 min […]

Xarici siyasət

Prezident iki sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. XəbərAl.az xəbər verir ki, sənədə əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiq edilsin. Sənədlə bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə […]

Sosial

Bayram günlərində temperatur 44 dərəcəyədək yüksələcək

Bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38°, iyulun 20-21-də bəzi yerlərdə 40°, respublikanın rayonlarında 35-40° isti, iyulun 20-22-də isə bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ölkə

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır. XəbərAl.az xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında Qurban bayramı günlərində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilməsi ilə bağlı qərar imzalayıb. İyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 […]

Siyasət

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. XəbərAl.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli həmvətənlər! Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət […]