Müharibə

Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat […]

Xarici siyasət

Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib. Bu barədə Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyindən məlumat verilib. Beləliklə, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib. Yükü Azərbaycan tərəfdən – Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən – […]

AKTUAL

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir

Vüqar Rəhimzadə,“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Medianın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Mətbuat cəmiyyətin güzgüsüdür: Azərbaycan mətbuatının yaranışı və ictimai fikrə təsiri Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün  Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan  milli maarifçilik […]

Cəmiyyət

MEDİANIN YENİ İNKİŞAF MODELİ

Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını və qələm sahibləri qəzetlə əməkdaşlıq […]

Bölgə

CƏLİLABAD ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ABADLAŞDIRILIR

Cəlilabad rayonunda aparılan abadılıq-quruculuq işləri sırasında küçələrin asfaltlanması da diqqətdədir. Həmin ərazilərdə yaşayan şəhid və qazi ailələri və digər sakinlər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Mansur Məmmədova və əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirirlər.Cəlilabad şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Mirməhəmməd Kazımov bizimlə söhbət zamanı bildirdi ki, şəhərin bir neçə küçəsinə də […]

Kriminal

“Patı” ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: “şüşə kamikadze”sini kim və niyə hazırlayır?

Son aylar “patı” mövzusu həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bəs, gəncləri zəhərləyən, onları öz qurbanına çevirən bu “patı” nədir? İnsanı necə məhv edir? Təəssüf ki,  metamfetamin olan bu narkotik maddənin istifadəciləri durmadan artır. Ən pisi odur ki, istifadəçilər arasında yeniyetmələr və gənclər üstünlük təşkil edir. Son vaxtlar ölkəmizdə “patı”, “süşə” kimi […]

Hadisə

Azərbaycanlı iş adamı xəyanətdə günahlandırdığı keçmiş arvadına 186 milyon ödəyəcək

İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsi yekunlaşıb. XəbərAl.az xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar (135 milyon funt sterlinq) təzminat ödəməyə razı olub. Tatyana 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədər olan təzminatı nəğd və incəsənət əsərləri qismində qəbul edib. Qərara […]

İdman

Meksikada ilk Maradona kilsəsi açılıb

Meksikanın San-Andres Çolula şəhərciyində yaşayan argentinalı Marselo Sankador tanınmış həmyerlisi Dieqo Maradonanın şərəfinə kilsə açıb. “RİA Novosti” xəbər verir ki, ilk analoji kilsə hələ futbolçunun sağlığında, 2001-ci ildə Argentinanın Rosario şəhərində fəaliyyətə başlayıb. M.Sankador Maradonanı futbolun tanrısı adlandırıb və sözügedən kilsənin xristian dininə alternativ ibadət yeri olduğunu bildirib.   Qeyd edək ki, yeni açılan məbəd […]