Cəmiyyət

Metro və avtobuslar bayram günlərində işləməyəcək

Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib. XəbərAl.az xəbər verir ki, dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 […]

Siyasət

Prezident: “Qazilərimizin məşğulluq məsələləri həll olunur”

İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir. XəbərAl.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib. Dövlət […]

Bölgə

İcra başçısı sahibkarlara Qurbanlıq üçün cöngə aldırır – İmişlidə

İmişlinin yeni icra başçısı Elçin Rzayev rayondakı imkanlı şəxslərə Qurban bayramı münasibəti ilə maraqlı göstəriş verib. Rayon sakinləri tərəfindən Xəbəral.az-a daxil olan məlumata görə, icra başçısının məqsədi kəsiləcək Qurbanlıq heyvanları rayonun imkanlı şəxslərinə aldırmaqdır. Tapşırığa əsasən imkanlı şəxs, sahibkar azı bir cöngə (erkək dana) gətirməlidir. Elçin Rzayev çalışır ki, sahibkarların aldıqları heyvanları öz adından kəsdirərək rayondakı kasıb, imkansız əhaliyə, şəhid və qazi […]

Cəmiyyət

Bayramda neçə gün iş olmayacaq?

Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq.  XəbərAl.az xəbər verir ki, Baş nazir Əli Əsədovun “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” imzaladığı qərara əsasən, Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Nazirlər Kabinetindən verilən […]

Müharibə

Ermənistan silahlıları Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdu, hərbçimiz yaralandı

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab […]

Ölkə

İyulun 17-də ictimai nəqliyyat işləyəcək — RƏSMİ

Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib. XəbərAl.az xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib. Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən iyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması […]

Siyasət

İlham Əliyev: “10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub”

Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid […]

Sosial

TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı AÇIQLAMA

Son vaxtlar bütün dünyada koronavirusun Hindistan, yaxud “Delta” variantı sürətlə yayılmağa davam edir. Bu da dünyada ciddi narahatlıq doğurur. Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və […]

Müharibə

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.