Region

Füzuli-Zəngilan dəmiryolunda 1323 mina, 14 partlamamış hərbi sursat aşkarlandı

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə və Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi qruplarının iyulun 14-də birgə iclası keçirilib. XəbərAl.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Füzuli-Zəngilan (Ağbənd) dəmir yolunun Cocuq Mərcanlı və Mehdili kəndlərinin ərazisindən keçən hissələrinin minalardan təmizlənməsi prosesi ilə tanış […]

Siyasət

Nazirlər Kabineti bu siyahını təsdiqləyəcək

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edəcəklər. XəbərAl.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu […]

Müharibə

Ermənilər Naxçıvanı yenidən atəşə tutdu — Mayor yaralandı

Bu gün saat 10.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini  və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutub. XəbərAl.az xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nəticədə, mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının […]

Hadisə

Bakıda polis əməliyyatlar keçirdi: “Patı” və “şüşə” satan 19 nəfər saxlanıldı — VİDEO

Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub. Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər […]

Cəmiyyət

“Nar”ın Baş icraçı direktoru: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”

““Nar”ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”. Bunu “Azerfon” MMC-nin Baş icraçı direktoru Qunnar Panke Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mobil operatorun məqsədi müştərilər üçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir. Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə […]

Cəmiyyət

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

Bakcell abunəçiləri 1 iyul 2021-ci il tarixindən başlayaraq “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqını ödəməyəcəklər. Bu imkandan 20 iyun 2020-ci il tarixindən xidmətə qoşulan vətəndaşlarla yanaşı, qeyd olunan xidməti 1 iyul 2021-ci il tarixindən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı, 2.50 […]

Cəmiyyət

“Nar” abunəçiləri üçün “Vətəndaş” tipli “Asan İmza” xidmətinin aylıq abunə haqqı ləğv edilir

“Nar” abunəçiləri üçün 1 iyul 2021-ci ildən etibarən “Vətəndaş” tipli “Asan İmza” xidmətinin aylıq abunə haqqı ləğv edilir. Bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan və 1 iyul 2021-ci ildən etibarən yeni qoşulan vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmətin aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. “Nar” abunəçiləri “Asan İmza” xidmətini mövcud olan […]

Xarici siyasət

Prezident Bakı və Tbilisi arasında Qardaşlaşma Memorandumundan danışdı

“Mənə verilən məlumata görə, dünən Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb. Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır”. XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 14-də […]

Kriminal

Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı

Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb. XəbərAl.az xəbər verir ki, hadisə iyulun 12-də Səbail rayonu ərazisində baş verib. Belə ki, xarici vətəndaş polisə müraciət edərək özünə məxsus 8 min ABŞ dolları dəyərində qol saatının, mobil telefon və idman ayaqqabısının oğurlandığını bildirib. Oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov saxlanılıb.

Xarici siyasət

İlham Əliyev Tbilisi merini qəbul etdi — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib. XəbərAl.az xəbər verir ki, Tbilisi şəhərinin meri Kaxa Kaladzeni salamlayan Prezident İlham Əliyev dedi: – Xoş gəlmisiniz. Sizi ürəkdən salamlayıram. Azərbaycanda dəfələrlə olmusunuz, bu gün Tbilisi şəhərinin meri kimi gəlmisiniz. Mənə verilən məlumata görə, dünən Tbilisi və Bakı şəhərlərinin tarixində […]