Xarici siyasət

İlham Əliyev İtaliya Prezidentini qələbə münasibətilə təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün dost İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, […]

Gündəm

Səmayə Məmmədovaya yeni vəzifə verildi

Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədova Bakı Nəqliyyat Agentliyində (BNA) işə başlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. “Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün […]

AKTUAL

ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz,  suverenliyimiz bərpa edildi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Bu heç də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, işğal altında olan torpaqlarımızda həyata keçirdikləri vandalizm aktlarını  unutmaq anlamına gəlmir. Cənab İlham Əliyevin […]

Siyasət

Prezident Elman Bayramovu təltif etdi

Elman Bayram oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

İdman

Azərbaycan idmançıları ilk MDB Oyunlarında iştirak edəcək

MDB ölkələrinin Rusiyanın Kazan şəhərindəki ilk Oyunlarında 2 000-dək idmançı iştirak edəcək. XəbərAl.az xəbər verir ki, bu barədə qonşu ölkənin idman naziri Oleq Matıtsin yarışa hazırlıqla bağlı müşavirədə açıqlama verib. O, ilk Oyunlara iki aydan da az vaxtlarının qaldığını xatırladıb: “Hazırlıq dinamik rejimdə aparılır. Kazanda ümumilikdə 10 ölkədən 2 000-dək iştirakçını gözləyirik. Nümayəndə heyətlərinin xərclərinin təşkilatçılar […]

Media

“Araz” və “Space” radiolarının yayımı müvəqqəti dayandırılır

Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib. XəbərAl.az xəbər verir ki, iclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 30 iyun 2021-ci il tarixdə “Araz” radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının […]

İqtisadiyyat

Bakıda yol tikintisinə 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin […]

Xarici siyasət

Prezidentin köməkçisi: “Münaqişə keçmişdə qalıb”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimində çıxış edib. XəbərAl.az xəbər verir ki, o, tədbirin bil il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti […]

Sənaye və energetika

Rumıniya 2022-ci ilin iyulunda Azərbaycandan təbii qaz ala bilər

2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) ilə Azərbaycan təbii qazı Rumıniyaya çatdırılacaq. “Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rumınıyanın energetika naziri Vircil Popesku bildirib. Onun sözlərinə görə, Rumıniya üçün Azərbaycandan nəql ediləcək təbii qaza maraq, prinsipcə, sonda Qara dəniz şelfindəki layihələr üzrə əməliyyatların başlayacağı ilə bağlı nikbin ssenari […]

Xarici siyasət

Emoməli Rəhmon İlham Əliyevə zəng etdi

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. XəbərAl.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar. Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar. […]