Asiya

Türkiyədə 9 gün iş olmayacaq — Ərdoğan açıqladı

Türkiyədə Qurban bayramı ilə bağlı 9 gün iş olmayacaq. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında qeyd edib. Dövlət başçısı deyib ki, iclasda “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərara əsasən, 2021-ci il 19 iyul bayram öncəsi (ərəfə günü) olan yarım iş günü qeyri-iş günü hesab edilməklə 17, 18, 19, […]

MDB

Putin Ukraynadan yazdı: “Biz vahid xalqıq”

Rusiya Prezidenti Vladimir Putin rusların və ukraynalıların tarixi birliyi haqqında məqalə yazıb. XəbərAl.az xəbər verir ki, məqalə Kremlin saytında dərc olunub. Məqalə, həmçinin, Ukrayna dilində çap olunub. Rusiyalı lider məqaləsində qeyd edir ki, son illər iki dövlət arasında hörülmüş divarlar bədbəxtlik və faciədir: “Bunlar, ilk növbədə, müxtəlif dövrlərdə etdiyimiz səhvlərimizin nəticələridir. Həm də həmişə birliyimizi sarsıtmağa […]

Ölkə

Rayonlarda hava pisləşəcək – Xəbərdarlıq

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-36 isti olacaq. Bakıda gecə 24-26 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

Siyasət

Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində […]

Sosial

Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad edildi

Prezident İlham Əliyev Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib. XəbərAl.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad edilib. Bunun üçüb gəlir vergisindən azad edilmiş şəxslərin siyahısına Vətən Müharibəsi qəhrəmanları da əlavə olunub.

Bölgə

Türkiyə səfiri “Qırmızı Körpü” gömrük postunun fəaliyyəti ilə tanış oldu — FOTOLAR

İyulun 11-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu, səfirliyinin ticarət müşavirləri Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri ilə birlikdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun fəaliyyəti ilə yaxından tanış olublar. Dövlət Gömrük Komitəsinin nümayəndələri səfir Cahit Bağçıya tranzit daşımalar, “Yaşıl […]

İqtisadiyyat

Tarif Şurasına yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb. “XəbərAl.az” xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə 9 ay müddətində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə uyğun olaraq, özündə Qanunun […]

MARAQLI

Günəş fırtınası Yerə yaxınlaşır

Yüksək sürətli günəş fırtınası Yer kürəsinə tərəf hərəkət edir və fırtınanın bu gün planeti vuracağı gözlənilir. “XəbərAl.az” “Business Today”ə istinadən xəbər verir ki, günəş fırtınası dünyaya 1.6 milyon kilometr sürətlə yaxınlaşır. Fırtınanın dünyanın maqnit sahəsi üzərinə xüsusi bir təsiri olacağı gözlənilir. Bundan əlavə, fırtına səbəbindən peyklərdə yaranacaq isinmə nəticəsində GPS naviqasiya sistemlərində, mobil telefonların siqnallarında […]

İdman

Tokio-2020-yə 44 idmançımız gedir, 3-ü kənarda qaldı — SİYAHI

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yarışa sonuncu lisenziyanı üzgüçü Məryəm Şeyxəlizadə Xanqan qazanıb. Artıq Beynəlxalq Olimpiya Komitəsi idmançının lisenziyasını təsdiqləyib. Atlet Aleksis Kopello, üzgüçü Ramil Vəlizadə və ağırlıqqaldıran Əliş Nəzərov isə Oyunlardan […]