Region

Laçında erməni diversant saxlanıldı – Müdafiə Nazirliyi

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428. […]

Maqazin

Cərimələnən məşhur restoran bu müğənniləri də Bakıya gətirir

Şənbə günü karantin rejiminin kobud şəkildə pozulduğu Mustafa Ceceli konsertinin təşkilatçısı və keçirildiyi “İstanbul Meyhane Bilgah” restoranı bu dəfə Bakıya Alişanı gətirir.   “XəbərAl.az” xəbər verir ki, bu barədə əyləncə mərkəzinin instaqram səhifəsində məlumat verilib. Bildirilib ki, sənətçi 19 iyunda sözügedən restoranda tamaşaçı qarşısına çıxacaq.   Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan Cecelinin musiqili gecəsində baş […]

Hadisə

Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 il cəza istədi

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. XəbərAl.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilın prosesdə təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxardılaraq vəkili və tərcüməçisinin yanında oturması ilə bağlı qərar elan olunub. Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Eulcekcian […]

Sosial

Operativ Qərargah: Konsert keçirən restoranların rəhbərləri cəzalandırılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb. Qərargahdan verilən məlumata görə, Operativ Qərargahın koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır. Qeyd olunub ki, […]

İdman

AVRO-2020: Bakıda koronavirus xəstələri üçün yer ayrıldı

“Sevindirici haldır ki, Azərbaycanda Avropa çempionatının oyunlarına tribunaların tutumunun 50 faizi miqdarında azarkeşlərin gəlişinə icazə verilib”. XəbərAl.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan “Bol idman” verilişində deyib. Funksioner bununla əlaqədar dövlət qurumlarına təşəkkür edib: “Bu, təbii ki, böyük nailiyyətdir. Koronavirusa yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur. Biz son 15 […]

Ölkə

Sabah Bakıda 30 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 […]

Siyasət

“Azərbaycan müraciət edib həmsədrlər institutunu ləğv etdirsin”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Kəlbəcərin Susuzluq kəndində baş verən mina partlaması nəticəsində şəhid olan jurnalistlər və icra nümayəndəsindən danışıblar. “XəbərAl.az” xəbər verir ki, spiker Sahibə Qafarova şəhid olanların ailələrinə başsağlığı verib. Deputat Jalə Əliyeva qeyd edib ki, iyunun 4-də dünyanın gözü qarşısında qanlı erməni vandalizmi yaşanıb: “Buna görə dünya günahkardır. Ermənistana “qaşın üstə gözün […]

Asiya

Türkiyədə xüsusi təhlükəli terrorçu məhv edildi

Türkiyənin şərqindəki Van əyalətində terrorçuluğa qarşı “Eren” əməliyyatının birinci mərhələsi çərçivəsində ölkənin Daxili İşlər Nazirliyinin xətti ilə axtarılan PKK-nın xüsusi təhlükəli terrorçusu Gökhan Demir məhv edilib. XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, “Aqit” kod adlı Gökhan Demir “Vəfa” xeyriyyə təşkilatının əməkdaşlarına qarşı silahlı hücumda iştirak edib. Van […]

Xarici siyasət

Qırğızıstanın Azərbaycandakı səfiri o olacaq

Qırğızıstan parlamentinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsi Kayrat Osmonəliyevin Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib. Bu barədə “XəbərAl.az” Qırğızıstan mətbuatına istinadən xəbər verir. Qərar bazar ertəsi keçirilən iclasda qəbul edilib. Kayrat Osmonəliyev il ərzində işin nəticələrini nümayiş etdirməyi və Bakı ilə münasibətləri yaxşılaşdırmağı vəd edib. Qeyd edək ki, K. Osmonəliyevin 48 yaşı var. […]

Şou-Biznes

Pandemiyada Cecelidən sonra Alişan da gəlir

Bir neçə həftədir Türkiyənin məşhur müğənniləri Bakıda konsert proqramı ilə çıxış edir. “XəbərAl.az” xəbər verir ki, müxtəlif restoranlarda Sərdar Ortaç, Mustafa Ceceli, İlyas Yalçıntaş və başqaları səhnəyə çıxıblar. Paytaxtın növbəti qonağı isə ifaçı Alişan olacaq. Bu məqamda qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni […]