Region

Laçında saxlanılan Artur Kartanyan Ermənistana təhvil verildi – Rəsmi

“Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin məlumatına görə, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib. A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına […]

İdman

Omar Momani Türkiyə millisinin Bakıya gəlişinə karikatura həsr etdi – Foto

Məşhur karikaturaçı Omar Momani AVRO-2020 çərçivəsində oyunlarını Bakıda keçirəcək Türkiyə millisinə karikatura həsr edib. “XəbərAl.az” xəbər verir ki, o, əl işində Azərbaycan-Türkiyə qardaşlığına diqqət çəkib. “Qardaşlar Türkiyəni evdəki kimi hiss etdirəcəkmi?”, – O.Momani əl işini şərh edib.

Dünya

Paşinyan oğlunu Azərbaycandakı erməni diversantlara dəyişməyi təklif etdi

Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə cavab verib. “XəbərAl.az” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Paşinyan bu təkliflə razı olduğunu deyərək Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb: “Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna […]

Hərbi

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb — VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən iyunun 7-də növbəti komanda-qərargah təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib. […]

Siyasət

Azərbaycanın ÜTT-yə üzvlüyü komissiyasının statusu artırıldı

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair dövlət komissiyasına baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb. […]

Cəmiyyət

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Bu rəqəm 2020-ci il üçün 4.16 milyard dollar təşkil edib. Forumda bu rəqəmin qardaş iqtisadiyyatlar arasındakı real potensialı göstərmədiyi və qoyulmuş hədəfə çatmaq üçün hər iki ölkənin mühüm potensialı olduğu dilə gətirilib. […]

Cəmiyyət

AYRILMAZ TARİXİ BİRLİK VƏ QARDAŞLIQ NÜMUNƏSİ

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi […]

Araşdırma

Deputatın atası meşələri məhv edir? – Yeni video yayıldı

Ekoaktivist: “Ağacların kəsildiyi ərazi deputat Eldəniz Səlimovun atasının adınadır”  Xaçmaz Rayonu Fərzəlioba kəndinin yaxınlığında ağacları kütləvi kəsilir və orada meyvə bağı salınır. Bu barədə ekoaktivist Cavid Qara paylaşım edib. Həmin paylaşımda 100-lə köhnə və yeni ağacın kəsildiyi açıq görünür.  Cavd Qara deyir ki, ərazi deputat Eldəniz Səlimovun atası Adil Səlimovun adına keçirilib: “Ətrafdakı ağaclar kəsilərək ərazini […]

Hadisə

Bahalı nömrəli maşınla qanunu saymayan sürücü görün nə etdi — VİDEO

Bakıda bahalı nömrə ilə bahalı avtomobil idarə edən sürücünün hərəkətləri avtomobildəki kameraya qeyd olunub. XəbərAl.az “avtosfer.az”a istinadən xəbər verir ki, 90-CO-002 qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü iyunun 7-i paytaxtın Fətəli Xan Xoyski küçəsində hərəkət edən zaman kamera olmayan ərazidə qoşa xəttin tələbini pozub. Sürücü nişanlanma xəttinin tələbini pozaraq geriyə dönən zaman qarşıdan gələn avtomobilin […]

Sənaye və energetika

Azərbaycan nefti yenidən cüzi ucuzlaşdı

Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,33 % azalıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,24 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda […]