Xarici siyasət

Çavuşoğlu azərbaycanlı deputatlarla görüşdü — FOTO

“Xalqlarımız kimi parlamentlərimiz də qardaşdır”. Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında qeyd edib. Nazir bildirib ki, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. XəbərAl.az

Asiya

Türkiyədə FETÖ/PDY əməliyyatında 17 şübhəli saxlanıldı

Türkiyənin 3 vilayətində FETÖ/PDY-yə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. “XəbərAl.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ / PDY ilə əlaqədə olmaq ittihamı ilə 19 şübhəli barəsində həbs qərarı çıxarılıb. Balıkesir, İstanbul və Dənizli Jandarma Komandanlığı tərəfindən hərəkətə keçirilən və eyni vaxtda təşkil edilən əməliyyatda 17 şübhəli saxlanılıb. Daha […]

Dünya

CƏNUBİ TÜRKÜSTAN YANIR! – “Taliban bu gün 200-ə yaxın Cənubi Türkistan türkünü qətlə yetirdi…” / FOTOLAR

Əziz bacı-qardaşlarım, Türk olduğunu deyən hər kəs bu yazını paylaşmalıdır.Cənubi Türkistan Taliban işğalı altında əzilir və yandırılır. Bu gün Faryab vilayətində 200-ə yaxın Cənubi Türkistan türkü Taliban terror təşkilatı tərəfindən şəhid edildi. Faryab vilayətinin Kayser bölgəsi Talibanın əlinə keçdi. Minlərlə insan evlərindən didərgin düşdü.Bundan əlavə, Faryabın başqa bir bölgəsi olan Dövlət Abatda çox sayda insan […]

Kriminal

Qadın həkimi döyən “müharibə əlili” barədə cinayət işi başlanıldı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb. DİN Mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib. İstintaq tədbirləri ilə hadisə yerinə baxış keçirilib, xəsarət […]

MDB

“Ermənistan XİN utancverici vəziyyətdədir”

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan rəhbərsiz qalmış ölkə XİN-in utancverici bir vəziyyətdə olduğunu bildirib. “XəbərAl.az” xəbər verir ki, o, bu barədə Sisyan şəhərində seçiciləri ilə görüşdə açıqlama verib. Koçaryan Ermənistanın siyasi rəhbərliyinin qabiliyyətsizliyi səbəbindən dövlət sisteminin iflasa uğradığını söyləyib.  Sabiq Prezidentin sözlərinə görə, orada həqiqi mütəxəssislərdən ibarət bir komanda işləyirdi, amma bu gün bu qurumun […]

Ana Səhfə Gündəm

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı – İDDİA

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.Musavat.com-a verilən məlumatda o da iddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir […]

Bölgə

Baş Prokurorluq xəstəxanalarda araşdırmalar aparılması ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Baş Prokurorluğun Mətbuat xidməti […]

İqtisadiyyat

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına pul ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “XəbərAl.az” xəbər verir ki, sərəncama əsasən Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə […]

Dünya

Pakistan hərbi bazalarını ABŞ-a təhvil verməkdən imtina etdi

Pakistan xarici işlər naziri Şah Mehmud Qureyşi qoşunlarını Əfqanıstandan çıxaran ABŞ-ı hərbi bazalarla təmin etməkdən imtina etdiyini açıqlayıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib. “Baza axtarmaq onların istəyi ola bilər. Bazalarımızın verilməsindən söhbət gedə bilməz, maraqlarımızı görməliyik”, – deyə Mahmud Qureyşi qeyd edib. Bundan əvvəl “The New York Times” mənbələrinə istinad edərək, ABŞ […]