Sosial

Azərbaycanda polislər peyvənd olunur

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb. XəbərAl.az xəbər verir ki, məlumatına görə, bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir. Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.

Kriminal

Prokurorluq Vüqar Səfərlinin cinayət əməli ilə bağlı yeni açıqlama yaydı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) baş verən qanun pozuntuları ilə əlaqədar başlanan cinayət işinin istintaqı davam edir. XəbərAl.az-ın məlumatına görə, Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsində keçirilən sual-cavab sessiyasında APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin […]

İqtisadiyyat

Şuşa qalası bərpa olunur

Şuşa qalasının bərpa işlərinə başlanılıb. XəbərAl.az-ın məlumatına görə, qala divarlarının bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tapşırığı əsasında həyata keçirilir. Bərpa prosesinə 22 mütəxəssis cəlb olunub. İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq. (Trend) Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının […]

Maqazin

Xoşqədəm özünə qarğış etdi: “Allah məni öldürsün“ – Video

Anasından imtina edən qadını teleaparıcı Xoşqədəm Hidayətqızı studiyadan çıxarıb. XəbərAl.az xəbər verir ki, “Səni axtarıram” proqramına gələn yaşlı qadına qızı günlərdir sahib çıxmır. Ötən gün efirə gələn Laləzar son qərarını verərək anasından imtina edib, onun qocalar evinə göndərilməsini istəyib. Onun qərarına hiddətlənən aparıcı qadını sərt şəkildə qınayıb və ondan studiyanı tərk etməyini istəyib: “Mən bütün […]

Dünya

Gələcəyin müharibələrinə dair nümunə – Hindistan Azərbaycan ordusunun təcrübəsini öyrənir

Hindistan ordusunun Baş qərargah rəisi, general Manoj Mukund Naravane Azərbaycanla Ermənistan arasında Qarabağda gedən 44 günlük müharibəni “gələcəyin müharibələrinə dair nümunə” adlandırıb. XəbərAl.az-ın məlumatına görə, bu barədə “The Hindistan Times” nəşri xəbər verir. Qeyd olunur ki, Hindistan-Çin sərhədində gərginliyin artmaqda olduğu bir vaxtda general ordunun “gələcəyin münaqişələrinə hazırlaşdığını, ancaq sərhədlərindəki hazırkı münaqişələri də nəzərdən qaçırmadığını” […]

Ana Səhfə Gündəm

Elton Məmmədovun 13 milyonluq şirkəti ləğv olundu…

“Krosvey” MMC ləğv olunduğunu elan edib.  Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib. Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər. Məlumatda qeyd edilir ki, “Krosvey” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, […]

Gündəm

Mülklərini satışa çıxaran eks-nazirin sərvəti – Siyahı

Ötən gün mülklərinin bir çoxunu satışa çıxarması ilə gündəmə gələn sabiq vergilər naziri Fazil Məmmədovun sərvətini təkcə həmin obyektlər təşkil etmir. 17 il nazir postunda əyləşən Fazil Məmmədovun varidatı yüzmilyonlarla ölçülür. 2017-ci ildə vəzifədən azad edilən Fazil Məmmədova ən böyük gəlir gətirən isə Sinerji Qrup MMC şirkətlər qrupudur. Bu qrupa rəsmi olaraq 30-a yaxın, qeyri-rəsmi […]

MARAQLI

Diqqət! Yerə doğru asteroid gəlir

Astronomik adı 231937 (2001 FO32) olan, potensial baxımdan təhlükəli hesab edilən kosmik obyekt Yer kürəsinə doğru hərəkət edir. XəbərAl.az xəbər verir ki, bu barədə “Daily Mail” bildirib. Göy cismi hələ 2001-ci ildə kəşf olunub. Həmin vaxt tədqiqatçılar asteroidin diametrinin 0,8-1,7 kilometr təşkil etdiyini müəyyənləşdiriblər. Bu ölçünü San-Fransiskoda Qızıl Qapılar körpüsü ilə müqayisə etmək olar. ABŞ […]

Xarici siyasət

Moskvada Xəzər dənizi üzrə İşçi Qrupun iclası keçirildi

Rusiyanın paytaxtı Moskvada Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi Qrupun 3-cü iclası olub. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edib. “Xəzər dənizində birbaşa təməl xətlərin yaradılması metodologiyasına dair saziş layihəsinin müzakirəsi davam etdirildi, bir sıra müddəalar razılaşdırıldı. Tərəflər Xəzər […]

MDB

Ermənistanda tabor və bölük komandirləri fərarilik etdi

Ermənistan ordusunun hərbi qulluqçuları arasında xidmətdən imtina və hərbi hissəni özbaşına tərk etmə halları artıb. Hərbi hissələrin birində eyni gündə tabor komandiri və bölük komandiri də daxil olmaqla bir neçə hərbi qulluqçu fərarilik edib. Əsgərlərin bəziləri hərbi polis tərəfindən xidmət yerinə qaytarılsa da, hərbi qulluqçular Darnik Saroyan və Henriki Tatevosyanın axtarışları davam edir. Komandanlıq kütləvi […]