Şou-Biznes

Röya Ayxana peyvəndi belə vurdular – Video

Xalq artisti Röya Ayxan koronovirus ( Covid – 19 ) infeksiyasına qarşı peyvənd olunub. XəbərAl.az-ın məlumatına görə, müğənni bu barədə özü sosial şəbəkədəki səhifəsində bildib: “Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından […]

İdman

AFFA “Səbail” və “Kəpəz“i 800 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. XəbərAl.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda qonaq komandanın […]

Ölkə

Sabaha duman və külək gözlənilir – VİDEO

Azərbaycanda fevralın 5-nə olan hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron […]

Siyasət

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına müraciət etdi

“Siz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin”. XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin […]

Siyasət

Prezident Qarabağda “Ağıllı kənd” layihəsini təsdiq etdi

“Biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir”. XəbərAl.az xəbər verir ki, bunu prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Prezident bildirib ki, bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək: “Mən artıq […]

Maqazin

“Nooldu, indi hamınız kişi olmusunuz?” – Flora Kərimovadan sərt sözlər

Xalq artisti Flora Kərimova məmur həbslərindən danışarkən kampaniyaçılığı tənqid edib. XəbərAl.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında bildirib ki, həbs edilən məmurların əməlləri barədə illərlə susan səlahiyyətlilər indi hədəfdə olanları asıb-kəsməklə diqqəti özlərindən yayındırmağa çalışırlar. “Bu işləri indi açan, Prezidentə xəbər verənlərdən soruşmaq istəyirəm ki, indiyə qədər harada idiniz?! Prezident Qarabağla, qaytarılan torpaqlarla məşğuldur. O bir […]

Mədəniyyət

Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradıldı

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb. XəbərAl.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Qeyd olunub ki, muzey  I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına […]

İncəsənət

Bakı Sağlamlıq Mərkəzi Rəmişin səhhəti ilə bağlı açıqlama yaydı

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. XəbərAl.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib: “Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil […]

İqtisadiyyat

Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli – Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək: “Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik […]

Təhsil

Yaşı 65-dən yuxarı olan müəllimlər dərslərə buraxılmayacaq – Nazirlik

Azyşalı uşağı olan gənc müəllimlər şikayət edirlər ki, əgər bağçalar bağlıdırsa, biz əyani dərslərdə necə iştirak edək. Lakin bu, təhsil sisteminin problemi deyil, ailədaxili problemdir. Bunun həll yolları da ailə daxilində tapılmalıdır. XəbərAl.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, hazırkı epidemioloji qaydalara […]