Media

TRT azərbaycanlı məktəblilərə jurnalistika kursu keçəcək

Türkiyənin TRT telekanalı “Gənclər üçün jurnalistika” layihəsi çərçivəsində Bakı Türk Anadolu Liseyinin şagirdləri üçün jurnalistika üzrə onlayn kurs keçir. XəbərAl.az telekanala istinadən xəbər verir ki, “Gənclər üçün jurnalistika” proqramı 2017-ci ildə TRT-nin nəzdində “Müsbət dəyişiklikləri dəstəkləyək” şüarı ilə başladılan “TRT World Citizen” sosial təşəbbüsünün bir hissəsidir. Məlumata görə, cari ildə treninqlər virtual rejimdə keçirilir. Azərbaycanlı məktəblilər […]

Kriminal

Səlim Müslümova 11 il həbs cəzası verilə bilər

Bu gün həbs olunan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və təkrar rüşvət almaqda təqsirli bilinir. Hazırda hadisə ilə bağlı əksəriyyəti maraqlandıran əsas məsələ ona neçə il həbs cəzası veriləcəyidir. XəbərAl.az lent.az-a istinadla xəbər verir ki, tanınmış hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, Səlim Müslümovun təqsirli bilindiyi əməllər ağır cinayət […]

Sosial

DYP avtobus və taksi sürücülərinə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ictimai nəqliyyat vasitələrinin (avtobus və taksi) sürücülərinə müraciət edib. XəbərAl.az-ın məlumatına görə, idarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirtmək lazımdır. O qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində “Taksi” […]

Şou-Biznes

Nura Suri qiymət artımından yazdı: “Hamımız birlikdə məhv olacağıq“

Müğənni Nura Suri qiymət artımından şikayətlənib. XəbərAl.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan ifaçı suyun qiymətinin artırılmasına etiraz edib: “Bir çox insanın sahəsini suvarmağa imkanı çatmayacaq. Ağaclar məhv olacaq. Meyvələrin qiymətinə təsir edəcək. Əkinçilərin işi çətinləşəcək. Pandemiya səbəbiylə insanların maddi vəziyyəti onsuz da yaxşı deyildi, indi daha da çətinləşəcək. Benzinin və suyun qiymətinin […]

Sosial

Taksi fəaliyyəti ilə bağlı qaydalar açıqlandı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda sərnişindaşıma ilə məşğul olan taksilər üçün nəzərdə tutulan qaydaları açıqlayıb. XəbərAl.az-ın məlumatına görə, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirmək lazımdır: “Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri “Taksi” tanınma nişanları ilə […]

Gündəm

Vüqar Rəhimzadə: İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetlərdə əsas hədəflərdəndir

“Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyması Azərbaycanın inkişaf modelinin təkmilləşdirilməsinə yol açdı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların […]

İqtisadiyyat

Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq

Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 […]

Sənaye və energetika

Avropanı qazla təmin edən “Şahdəniz”ə nə qədər vəsait xərclənib?

2020-ci ildə “Şahdəniz” yatağının “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumi 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib. “BP Azərbaycan”dan verilən məlumata əsasən, “Şahdəniz” yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 135 milyard kubmetr qaz və 32 milyon ton kondensat əldə edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə […]

Dünya

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən görüntülər – FOTO

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşkəsin dayandırılması rejiminə nəzarət vəzifələrinin icrasını davam etdirir.   Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi məlumatda qeyd olunur ki, rusiyalı hərbçilər atəşkəs rejimini “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarının vasitəsi ilə izləyir. Rəsmi informasiyada bildirilir ki, birgə monitorinq mərkəzinin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı […]

Təhsil

Yuxarı siniflər üçün ənənəvi tədris bərpa olunur – RƏSMİ

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatda bildirilir: “Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək. 2021-ci il 8 fevral tarixindən: Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, […]