Media

Baş Prokurorluq KİV nümayəndələrinə müraciət etdi

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız olaraq həbs edilməsi nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış həqiqətə uyğun olmayan informasiyalar Baş Prokurorluq tərəfindən təkzib olunmuşdur. Baş […]

Cəmiyyət

“Azərpoçt”un baş direktoruna yeni müavinlər təyin olundu – Fotolar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin baş direktoruna yeni müavilər təyin olunub.  XəbərAl.az xəbər verir ki, bu vəzifələrə Nazim Süleymanov və Əfqan Cəlilov təyin edilib.  Qeyd edək ki, Əfqan Cəlilov 2016-2020-ci illlərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Nazim Süleymanov 2019-ci ildən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin […]

MDB

Sarkisyan Rusiya səfir ilə görüşdü – Qarabağ müzakirə olundu

Ermənistanın üçüncü prezidenti, Respublika partiyasının lideri Serj Sarkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb. XəbərAl.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini Armen Aşotyan “Facebook” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü ilə 3 fevral tarixində baş tutmuş görüşdə Dağlıq Qarabağdakı müharibənin nəticələri geniş müzakirə olunub. “Sarkisyan Rusiya tərəfinə atəşkəsin qorunması və […]

Hadisə

“Ocaq“ və “Dostluq“-un sahibləri cərimələndi – Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Suraxanı rayonunda yerləşən kafe və restoranlarda reyd keçirib. XəbərAl.az-ın məlumatına görə, reyd çərçivəsində karantin qaydalarına əməl etməyən “Ocaq” restoranı, “Dostluq” kafesi, habelə digər ictimai iaşə müəssisələrinin sahibləri cərimələnib. “Report”un reyddən hazırladığı reportajı təqdim edirik:

AKTUAL

Türkiyə Azərbaycana mina təmizləyən maşınlar göndərdi – Fotolar

Türkiyə Azərbaycana 20 ədəd mexaniki mina təmizləyən maşın göndərib. XəbərAl.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib. “Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki mina təmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir”,  – […]

Xarici siyasət

UNESCO missiyasının Qarabağa səfəri ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA

“Bildiyim qədəri ilə hazırda UNESCO-nun ilkin missiyasının Dağlıq Qarabağ və ətraf rayonlara səfərinin təşkili ilə bağlı danışıqlar gedir”. XəbərAl.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O, UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid etdiklərini bildirib. “Ümid edirik ki, bu səfər regionda qarşılıqlı inamın […]

Siyasət

Qərbin Bakıdakı şəbəkəsinin yarımçıq “inqilab projesi” xortlayırmı – Baydenə göz dikənlər…

ABŞ-da Demokratların iqtidara gəlişindən sonra “narıncı inqilab” ssenariləri hazırlayan, onu həyata keçirən komandanın yarımçıq qalan işləri davam etdirəcəyi iddiaları səslənir, Rusiyada baş verənlər ilk siqnaldır ABŞ və Qərbin son 4-5 ildə dünyada “demokratiyanın ixracı”na – məxməri inqilablara pauza verməsi geopolitik proseslərin gedişatı ilə bağlansa da, bunun üzərinə Amerikada, Avropada hakimiyyətlərdə hansı ideoloji qüvvələrin olduğunu da […]

Xarici siyasət

Ceyhun Bayramov Birol Akgünlə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb. XəbərAl.az xəbər verir ki, görüş zamanı Ceyhun  Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan  zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib. Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problemi olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs […]

Cəmiyyət

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır – Foto

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.  “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları […]

Şou-Biznes

Röya Ayxanın vaksin vurdurmasına nazirlikdən reaksiya: “Tədbir görülməlidir”

Son günlər sosial şəbəkədə tibb işçisi və risk qrupuna daxil olmayan şəxslərə koronavirusa qarşı peyvənd vurulması ilə bağlı məlumatlar paylaşılır. XəbərAl.az xəbər verir ki, Xalq artisti Röya Ayxan şəxsi “Instagram” səhifəsində könüllü olaraq peyvənd olunduğunu bildirib.  Bu kimi faktlar haqlı olaraq cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Paytaxt üzrə vaksinasiya prosesinə Səhiyyə Nazirliyi nəzarət etdiyi üçün […]