AKTUAL

Koronavirusa yoluxan deputatların – Adları

Milli Məclisin koronavirusa yoluxmuş deputatlarının əksəriyyətinin adı məlum olub. “Xəbəral.az” xəbər verir ki,  “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını əldə edib: 1.Tahir Kərimli; 2. Azər Badamov; 3. Məşhur Məmmədov; 4. Vüqar Bayramov; 5. Qənirə Paşayeva; 6. Rəşad Mahmudov; 7. Soltan Məmmədov; 8. Nizami Səfərov; 9. Elnur Allahverdiyev.

Siyasət

Prezident Ağdamda bayrağımızı ucaltdı – Video

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.  “Xəbəral.az” xəbər verir ki, səfər zamanı dövlət başçısı Ağdamda bayrağımızı ucaldıb. Qeyd edək ki, daha geniş hesabat sabah veriləcək. Səfərdən qısa videoicmalı təqdim edirik:  

Sosial

İctimai iaşə müəssisələrində karantinin tələblərini tətbiq edən şəxs olacaq

Nazirlər Kabineti 455 №-li qərarın izahını verib. Hökumətdən verilən məlumata görə, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyən edilməlidir. […]

Siyasət

İlham Əliyev: “Bütün dünya görsün ki, vəhşi düşmən kəndlərimizi nə günə qoyub” – VİDEO

“Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub”. Bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” səhifəsində yaydığı videoda İlham Əliyev düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib: “Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu […]

Müharibə

Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin hərbçisi şəhid olub. Bu barədə “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir. Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin bir Rusiya sülhməramlısı və dörd erməni hərbçi yaralanıb. Yaralı rusiyalı hərbçi Bakıya gətirilib. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir.

Mədəniyyət

Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı – FOTO

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev torpaqlarımızın işğaldan azad olunması fonunda Azərbaycanın görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi ilə bağlı xatirəsini paylaşıb. “Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin […]

Müsahibə

“PolitRussia”: İlham Əliyev BBC-nin təhdid üzərində qurulmuş siyasətini darmadağın edir – VİDEO

Prezident İlham Əliyevin BBC telekanalının jurnalistinə verdiyi müsahibə xarici ölkədən olan jurnalistlərin diqqətindən kənarda qalmayıb. “PolitRussia” nəşri Azərbaycan Prezidentinin sərrast cavablarını təhlil edən reportaj hazırlayıb. Jurnalist qeyd edir ki, Qərb mediasının aparıcı kütləvi informasiya vasitələri həqiqəti nə qədər gizlətməyə, onun yayılmasının qarşısını almağa cəhd göstərsə də, bəzən bir nəfər yüksək statuslu siyasətçi Qərb tərəfindən sırınan qaydalara […]

Siyasət

Ana Vətən Partiyasının VII Qurultayı videokonfrans formatında keçirildi

Ana Vətən Partiyasının VII Qurultayı videokonfrans formatında keçirilib. Qurultayda rayon vəşəhər təşkilatından seçilən nümayəndələr iştitak edi. Xəbəral.az xəbər verir ki, qurultayı giriş nitqi ilə açan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bütün iştrakçıları salamlayıb, qurultayın gedişinə uğurlar diləyib, VI qurultaydan keçən dövrə lokonil şəkildə yekun vurub, Vətən müharibəsində vandal düşmən üzərində qələbə münasibətilə qurultay nümayəndələrini təbrik etdi […]

AKTUAL

Nərimanov İcra Hakimiyyətində heç nə dəyişmədi – müavin birinci müavin oldu

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.  Xəbəral.az “Report”a istinadla xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib. İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı. Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.