AKTUAL

Nərimanov İcra Hakimiyyətində heç nə dəyişmədi – müavin birinci müavin oldu

Sharing is caring!

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.

 Xəbəral.az “Report”a istinadla xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib.

İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı. Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir