Gündəm

Cavid Qurbanovun şübhəli tərəfdaşları… – İLGİNC

Keçən günlərdə Azərbaycan Dəmir Yolları tenderlərin qalibini açıqlayıb.  xəbəral.az xəbər verir ki, ADY aşağıdakı tenderlərin qalibini açıqlayıb: 1.Maşın və avadanlığın alınması və quraşdırılması 2. Gəncə Dəmir Yolu Xəstəxanası MMC-nin Terapiya profilli gündüz stasionar bölməsində və labaratoriyada təmir işləri Açıq tenderin müvafiq olarq qaliblər və ödəniləcək məbləğlər aşağıdakı kimidir: 1. “VIVA MEDICAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti […]

Gündəm

Eldar Quliyevin adı qalmaqalda hallanır… – GƏLİŞMƏ

Rəhmətlik Fəttah Heydərov dünyasını dəyişəndən sonra Ağsaqqallar Şurasına tələm-tələsik sədr seçilən deputat, Azərbaycan Kooperasiya Universitetinin (AKU) rektoru Eldar Quliyevin Atçılıq İdman Mərkəzinin həndəvərindəki yolu daraldaraq mənimsədiyi ərazini yeni inşa etdirdiyi stadiona qatması ciddi tənqidə tuş gəlib. Gediş-gəlişi əngəllənən sakinlərin haqlı narazılıqlarını ifadə edən məqalə Nyus.az saytında dərc olunandan sonra AKU-nun ictimaiyyətlə əlaqələrə məsul xanım əməkdaşı […]

Bölgə

Lerikdə dizini yerə qoyan təhsil sistemi – İTTİHAM

Redaksiyamıza Lerik rayonundan bir qurup müəllim tərəfindən şikayət məktubu daxil olub. Müəllimlərin şikayətini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk: Məlumat üçün bildirim ki, Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirovun qanunsuz əməlləri barəsində Təhsil Nazirliyinə dəfələrlə şikayət məktubları göndərilmişdir. Təhsil Nazirliyi tərəfindən edilən şikayətlərə heç bir cavab verilməmişdir. Edilən […]

Gündəm

“Azəristiliktəchizat”ın növbəti özbaşınalığı: – “Əlavə pul yığır”

“Azəristiliktəchizat” ASC Noyabrın 1-dən ucqar rayonlarda, 15-dən isə paytaxt Bakıda qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi. Elə bu haqda qurumun özü açıqlama versə də, istilik gözləyən əhalinin ümidləri puç olub. Ona görə ki, noyabrın ayının ikinci on günlüyünün bitməsinə rəğmən istilikdən əsər-əlamət yoxdur. Havanın bir anda soyuması, payızın ilıq nəfəsinin qışın soyuğu […]

Gündəm

“Yelo Bank” bu biabırçı addımı da atdı… – Qarabağda döyüşə yollanan əsgəri məhkəməyə verdi

“Yelo Bank” ön cəbhədə döyüşən əsgərimiz Ayaz Məmmədlini məhkəməyə verib. Bu barədə mətbuata əsgərin qardaşı Heydər Məmmədli məlumat verib. O bildirib ki, getdiyi gündən bəri sadəcə 2 dəfə yaxınları ilə danışmaq şansı tapan Ayazın cəbhə bölgəsində olduğu bankın məsul şəxslərinə bildirilisə də, 2 ay kredit borcunu gecikdirdiyi üçün qardaşını məhkəməyə veriblər. Ayaz Məmmədli məsələnin həll […]

Region

Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı – SİYAHI

Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında tətbiq edilən sərt karantin rejiminin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadıldı.   Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.   Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, Nazirlər Kabineti bu qadağaların tətbiqi edilməsinə qərar verib.

Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb – VİDEO

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilib.Oxu.Az-ın müxbirinin məlumatına görə, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edib.

Gündəm

Deputat şəhid ailəsinə yardım adı ilə bunları gönderdi-Duş geli, şampun…

İkinci Qarabağ savaşında diqqəti çəkən və təqdir olunan məqamlardan biri də şəhid olanların doğmalarına və yaralanan hərbçilərimizə yardım kampaniyası oldu. Özünü bu vətənin övladı hesab edən hər kəs ordumuz üçün əlindən gələni etməyə çalışdı.Bu prosesdə istisna hallar da oldu ki, onu da gördük. Məsələn, 53  saylı Quba-Qusar dairəsindən Milli Məclisinin deputatı Rafailov Anatoliy Xaimoviç öz […]

Sənaye və energetika

Azərbaycanda benzin istehsalı artıb – FOTO

Azərbaycanda yanvar-oktyabr aylarında 2 milyard 520,5 milyon manat dəyərində neft məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 faiz azdır. Ölkədə 2020-ci ilin 10 ayı ərzində 957,8 min ton avtomobil benzini, 1693,9 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 1,1 faiz artıb, dizel yanacağının […]

Dünya

ABŞ İrana qarşı növbəti sanksiyaları təsdiqlədi

Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib. Bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Sanksiya siyahısına həmçinin İranın kəşfiyyat naziri Mahmud Ələvi və “Mostazafan” xeyriyyə fondu da daxil edilib. Vaşinqtonun məlumatına görə, Mahmud Ələvi insan hüquqları pozuntusu və 2019-cu ildə İrandakı etiraz aksiyası iştirakçılarına zorakılıq tətbiq etməkdə günahkar […]