İdman

Orxan Səfərov ilk dəfə Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Orxan Səfərov ilk dəfə qitənin ən güclüsü olub. IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl medalçısı, dünya və Avropa çempionatlarının mükafatçısı olmuş Orxan Səfərov Manuel Lombardodan sonra Matey Polyak, Zebastian Zaydl (Almaniya) və Straxinya Bunçiçi (Serbiya) məğlub edib. O, finalda dünya və Avropa çempionatının mükafatçısı Tal Flikerdən (İsrail) […]

Xarici siyasət

İran XİN başçısı Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz “Twitter” səhifəsində yazıb. “Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək”. S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Zərifin Azərbaycan və […]

Xarici siyasət

Çavuşoğlu britaniyalı həmkarı ilə Qarabağdan DANIŞDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Böyük Britaniyanın XİN rəhbəri Dominiko Raab arasında telefon danışığı olub.   Xəbəral.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.   Məlumata görə, danışıq zamanı Çavuşoğlu Raabla Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib.   Həmçinin, Kipr və Liviyada cərəyan edən hadisələr onlar arasında müzakirə mövzusu olub.

Sosial

“WhatsApp” yeni funksiyanı işə salır

“WhatsApp” tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq. Yeni funksiya barədə “Wabetainfo” məlumat verib. Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq. Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq. Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin […]

Dünya

Obamanın kitabı satışa çıxdığı ilk gündən rekord qırdı

ABŞ-ın sabiq prezidenti Barak Obamanın “Vəd edilmiş torpaq” kitabının birinci cildi işıq üzü gördüyü ilk gündən etibarən satış rekordu əldə edib. Bu barədə “The New York Times” nəşri “Penguin Random House” nəşriyyat evinin yaydığı məlumata istinadən xəbər yayıb. Qeyd olunur ki, ötən gün (17 noyabr) ABŞ və Kanadada kitabın birinci hissəsinin 887 mindən çox nüsxəsi […]

İdman

Cüdoçularımız Avropa çempionatına start verdi

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatına start verilib. Artıq üç cüdoçumuz mübarizəyə qoşulub. 66 kq çəki dərəcəsində Orxan Səfərov Manuel Lombardonu (İtaliya) və Nicat Şıxəlizadə Vadim Buneskunu (Moldova) məğlub edib. Onların növbəti rəqibləri müvafiq olaraq Matey Polyak (Slovakiya) və Kilian Le Bluş (Fransa) olacaq. Qadınların mübarizəsində 52 kq çəki dərəcəsində bu ay Xorvatiyada keçirilmiş 23 […]

Ölkə

Azərbaycanda karantin rejimi dekabrın 28-dək uzadıldı – RƏSMİ+ VİDEO

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə […]

Ölkə

Bir sıra sahələrdə yerində xidmət dayandırılır – RƏSMİ

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən, aptek və ərzaq mağazaları istisna olmaqla, şənbə və bazar günləri digər bütün sahələr üzrə yerində xidmətlər 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək dayandırılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Ölkə

Həftəsonları taksi xidməti işləməyəcək – Fəaliyyətinə icazə verilən sahələrin SİYAHISI

Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları fəaliyyətinə icazə verilən sahələr açıqlanıb. Bu barədə qərar Nazirlər Kabinetində yerləşdirilib. Belə ki, hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti, fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti, səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və […]

Cəmiyyət

Türkiyə televiziyasında Azərbaycanın qələbəsinə həsr olunmuş konsert olacaq

Azərbaycan ordusunun Dağlıq Qarabağdakı Ermənistan üzərindəki qələbəsi, Türk Radio və Televiziya Təşkilatının (TRT) musiqi kanalında konsertlə qeyd ediləcək. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. “Qarabağda bayram var” adlı konsert Türkiyə Musiqi Kanalında Azərbaycan xalq mahnıları və gözəl Azərbaycan rəqsləri ilə yayımlanacaq. Konsert sabah Türkiyə vaxtı ilə 19: 45-də ( Bakı vaxtı ilə 20:45) TRT Musiqi Kanalında canlı yayımlanacaq.