Gündəm

Şuşanın icra başçısının oğlu işdən çıxarıldı

Daxili işlər orqanlarında yeni təyinat olub. “Xəbəral.az” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub. Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb. Qeyd edək ki, Xəlil Səfərov Şuşa […]

Müsahibə

Xüsusi Təyinatlı Qüvvələrin zabiti: “Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq” – MÜSAHİBƏ

Azərbaycanın 30 il erməni işğalında olan torpaqlarını azad etmək üçün apardığı Vətən Müharibəsindəki qələbə payında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ), sözün əsl mənasında, xüsusi rolu var. Ali Baş Komandan İlham Əliyev döyüşlərin gedişatında XTQ komandiri Hikmət Mirzəyevi Cəbrayıl və Şuşa şəhərlərinin alınmasına görə iki dəfə təbrik edib. Qafqazinfo Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birbaşa iştirak edən XTQ […]

İdman

PSJ Serxio Ramos üçün cəlbedici təklif hazırlayıb

Fransanın PSJ klubu Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramosu heyətinə qatmağa çalışır. Bu barədə AS agentliyi məlumat yayıb. Mənbə bildirir ki, Fransa təmsilçisi futbolçuya bir mövsüm üçün 16,8 milyon avro maaş və üç illik müqavilə təklif edəcək. PSJ bu təklifə  transfer bonusu da əlavə etməyə hazırlaşır. Qeyd edək ki, 34 yaşlı futbolçunun “Kral klubu” ilə […]

MARAQLI

“Crew Dragon” kosmik gəmisi göyərtəsində dörd astronavtla BKS-ə yollanıb – VİDEO

NASA astronavtları Maykl Hopkins, Viktor Qlover, Şennon Uokker və Soiti Noqutinin göyərtəsində olduğu “Crew Dragon” kosmik gəmisi “Falcon 9” raketi vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya yollanıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Məlumata görə, Florida ştatından uçuş həyata keçirən raketin birinci mərhələsi doqquz dəqiqə sonra Atlantik Okeanında üzən platformaya uğurlu eniş edib. NASA və “SpaceX” bundan […]

Dünya

ABŞ Danimarka və İsveçin müdafiə müəssisələrini gizli izləyirmiş

ABŞ Milli Təhlükəsizlik Agentliyi İsveç və Danimarka müdafiə sənayesinin fəaliyyətini gizli izləyirmiş. Elektron kəşfiyyat, dinləmə əməliyyatları Danimarkadakı Amerika bazasından həyata keçirilib. Bu barədə “Danmarks Radio” ölkənin Hərbi Kəşfiyyat Xidmətindəki bir neçə mənbədən məlumat aldığını bildirib. Nəzarət altında olan obyektlər arasında İsveçin “SAAB” şirkəti və Danimarkanın “terma” konserni də var. Agentlik Niderland, Norveç, Fransa, Almaniya, Danimarkanın […]

Region

İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə başladı

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Bu barədə  nazirlikdən məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika […]

Xarici siyasət

Rusiya sülhməramlılarını daşıyan 20 təyyarə İrəvana getdi – VİDEO

Rusiya hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi və 18 “İl-76” təyyarəsi sülhməramlıları və zirehli texnikaları İrəvan hava limanına aparıb. Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb. “Növbəti 18 ədəd “İl-76” təyyarəsi və Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının iki “An-124” “Ruslan” təyyarəsi 15-ci sülhməramlı briqadanın avadanlığı və heyəti ilə birlikdə Dağlıq […]

İdman

Millətlər Liqası: Türkiyə Rusiyanı məğlub etdi – FOTO/VİDEO

Türkiyə və Rusiya yığmaları UEFA Avropa Liqasında V turun ikinci oyun günündə qarşılaşıblar. İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı 11-ci dəqiqədə Rusiya millisi açıb. 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə almasına görə azlıqda qalıb. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib. 52-ci dəqiqədə isə Cenk Tosun penaltini […]

Dünya

Ərdoğan 46 il sonra açılan Maraşı ziyarət etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində 46 il sonra açılan Qapalı Maraşı ziyarət edib. Bu barədə “Hürriyet” məlumat yayıb. “Burada sürətlə görülən işlər çərçivəsində yeni bir proses başlayıb. Buranın əsl sahibləri bəllidir və onlara qovuşacaqları günü gözləyirlər”, – deyə Türkiyə lideri bildirib. Xatırladaq ki, Maraş Bölgəsi Kipr Sülh Hərəkatından sonra […]

Dünya

Suriya XİN rəhbəri öldü

Suriyanın xarici işlər naziri və baş nazirin müavini Valid Muallem vəfat edib. Bununla bağlı SANA agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb. 79 yaşlı nazirin ölümünün hansı səbəbdən baş verdiyi açıqlanmır.