Hadisə

Azərbaycanda ümumilikdə 2,5 min nəfər minadan zərər çəkib

Artıq 5-ci ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və bu dövrdə 5554 nəfər zərər çəkən qeydə alınıb. İtkilərin böyük əksəriyyətini (80%) hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı 43% uşaqlardır. Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib. O bildirib ki, bununla bağlı Piyadalar […]

İqtisadiyyat

“Asan İmza” sertifikatlarının onlayn əldə edilməsi ilə bağlı yeni elektron xidmət istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Vergi xidmətlərinin böyük əksəriyyətinin elektronlaşdırılmasına […]

İqtisadiyyat

Azərbaycanda ƏDV ilə bağlı yeni qayda təsdiq olundu

“Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edilib. Nazirlər Kabinetinin qərarına əsasən, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir. “Malların ixrac qeydi ilə satışı Qaydası”nda – ixrac […]

Ölkə

Dirçəliş Gününün havası: Yağış, qar, şaxta…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz  9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – […]

Gündəm

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində

Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsinə dair Prezident Memorandumu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Bu barədə “Habertürk” xəbər yayıb. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən memorandumda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığa işarə edilib. “Razılaşmaya əsasən, atəşkəsə nəzarət üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi ilə Türkiyə və Rusiya […]

AKTUAL

Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçirib

Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbinin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər. Tədbirdə məktəblilərin 17 noyabr Milli Dirçəliş gününü, […]

Maqazin

Məşhur cütlükdən DİQQƏTÇƏKƏN paylaşım-FOTO

Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı Murad İsmayılla şəklini paylaşaraq, bu sözləri yazıb: “Belə bir fotonu işğaldan azad olmuş torpaqlarımızda çəkdirərik inşallah. Uşaqlığımdan indiyədək haqqında çox eşidib görmədiyim Şuşa! Həsrətlə gözləyirəm ora gedəcəyim günü. Qəlbimin bir tərəfi Qələbə sevinci ilə döyünsə də, digər hissəsi verdiyimiz itkilərdən dolayı yanır. Esgərlərimiz var olsun, Şəhidlərimizə isə Allah rəhmət etsin” […]

Hadisə

Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.