Ölkə

Bakıda sürət həddi endirildi – XƏBƏRDARLIQ

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib. Bu barədə  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, atılan addımlarda məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri […]

Dünya

Moldovanın yeni prezidenti məlum oldu

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 99 faizinin nəticələrini açıqlayıb. TASS xəbər verir ki, nəticələrə əsasən, Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,91%, Moldavanın hazırki Prezidenti İqor Dodon isə 43,09% səs toplayıb. Məlumatlara görə, Sandunu 910 mindən çox Moldova vətəndaşı dəstəkləyib, Dodona isə 689 mindən çox insan səs verib. Bildirilib ki, […]

İdman

Millətlər Liqası: İngiltərə Belçika ilə bacarmadı, İtaliya lider oldu

Millətlər Liqasının qrup mərhələsinin V turu başa çatıb. Xəbəral.az xəbər verir ki, bu turda nəzərdə tutulan bir oyun keçirilməyib. Rumıniya – Norveç qarşılaşması qonaqların futbolçularının koronavirusa yoluxması səbəbindən baş tutmayıb. Qarşılaşma ilə bağlı qərarı UEFA verəcək. A liqasında İtaliya Polşa üzərində qələbə qazanaraq, liderliyə yüksəlib. İngiltərə isə Belçika ilə bacarmayıb. Digər qarşılaşmaların nəticələrini təqdim edirik: A […]

Sosial

Yevlax-Xankəndi dəmir yolu inşa ediləcək – VİDEO

Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasını müzakirə edir. Xəbəral.az-ın məlumatına görə, yeni xəttin uzunluğu 104 km olacaq. Xəttin Yevlax (final) – Bərdə – Köçərli – Təzəkənd – Ağdam – Əsgəran – Xocalı – Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.