AKTUAL

Dövlət Bayrağı Günü və Atatürkün anım günü ilə əlaqədar Anıtkabir ziyarət edilib – FOTO

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar Ankara şəhərində Anıtkabir ziyarət edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Anıtkabiri ziyarət edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri, vəkil Arzuman Azaflı və dərnəyin üzvləri əvvəlcə Mustafa Kamal Atatürkü anaraq, Anıtkabirə dərnək adından əklil qoyublar. Ziyarət mərasimindən sonra […]

Xarici siyasət

İsraildəki diaspor həddini aşan Ermənistana cavab verməyə çağırıb

İsraildəki Azərbaycan diasporu hökuməti həddini aşan Ermənistanın cavabını verməyə çağırıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. “Aziz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası rəsmi Yerusəlimi Ermənistanla münasibətlərinə yenidən baxmağa və bəzi erməni xadimlərini “arzuolunmaz şəxs” elan etməyə çağırıb. Assosiasiyanın sədri Lev Spivakın imzası ilə İsrailin Baş naziri Binyamin Netanyahu və Xarici İşlər naziri Qabi Aşkenaziyə […]

Siyasət

Sahibə Qafarova: “Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt günlər olacaq”

Milli Məclisin spikeri Sahibə Qafarova Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm! Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaq. Bu gün […]

AKTUAL

Tbilisidə reklam lövhələrində Azərbaycan bayrağı əks olunub – FOTO

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub. Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər beş mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların […]

Siyasət

Azərbaycan gəncləri Prezidentə müraciət etdi

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına qələbə müjdəsi verib. Zəfərlə bağlı Azərbaycan gəncləri dövlət başçımıza müraciət ünvanlayıb. Müraciətdə bildirilir: “Möhtərəm cənab Prezident, Cənab Ali Baş Komandan! Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğunuz, bir milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmasına şərait yaratdığınız üçün […]

Siyasət

Fəzail Ağamalı:SİZİNLƏ FƏXR EDİR, QÜRUR DUYURAM, CƏNAB PREZİDENT!

Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsi hiyləgər və vandal ölkənin işğalçı ordusu üzərində möhtəşəm qələbələrə imza atdı, hərb və dövlətçilik tariximizə şərəfli səhifələr yazdı. Ali Baş Komandanımız İlham Əliyev​ xalqımızın dəmir iradəsinə söykənərək, qətiyyətini nümayiş etdirdi, 200 ildən üzü bəri üzərimizə gələn və müqqədəs torpaqlarımızı himayəçilərinin hərtərəfli köməyilə işğal edən barbar tayfaya sarsıdıcı və […]

Siyasət

İlham Əliyev və Ərdoğan bir-birinə təşəkkür etdi

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bildirilib ki, dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan […]

Cəmiyyət

“Nar”dan vətəndaşlara bayraq hədiyyəsi!

“Nar” 9 noyabr – Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xüsusi aksiya keçirib. Vətəndaşların yüksək qələbə ruhuna dəstək məqsədilə mobil operator yeni konseptə uyğunlaşdırılmış Fəvvarələr meydanı, Bülbül prospekti və Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı mağazalarına, eləcə də digər satış mərkəzlərinə gələn abunəçilərə Azərbaycanın 3 rəngli bayrağının həkk olunduğu yaxa sancaqları hədiyyə edib. […]

AKTUAL

Avstriyada Vyana terrorunun qurbanları anılıb

“Azer Der” Cəmiyyəti Avstriyada fəaliyyət göstərən türk icmaları ilə birlikdə Vyana şəhərində törədilmiş terror qurbanlarının xatirəsini yad edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Tədbir iştirakçıları şəhərin mərkəzində yaradılmış anım guşəsinə gül dəstələri qoyaraq terroru pisləyiblər. Diaspor nümayəndələri bildiriblər ki, dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq, terror aktları yolverilməzdir və ağır cinayət […]