AKTUAL

Dövlət Bayrağı Günü və Atatürkün anım günü ilə əlaqədar Anıtkabir ziyarət edilib – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar Ankara şəhərində Anıtkabir ziyarət edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Anıtkabiri ziyarət edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri, vəkil Arzuman Azaflı və dərnəyin üzvləri əvvəlcə Mustafa Kamal Atatürkü anaraq, Anıtkabirə dərnək adından əklil qoyublar.

Ziyarət mərasimindən sonra dərnəyin rəhbəri və üzvləri Ankara Batıkent ərazisində yerləşən Ümummilli lider Heydər Əliyev adına parka gedərək, heykəl önünə əklil qoyublar.

Tədbir iştirakçıları 1918-1920 illərdə Azərbaycanın ilk Demokratik Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin məzarını ziyərət edib, məzarı önünə çələng qoyublar.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki dövlətin himni səsləndirilib və türkdilli ölkələrin mediasına ünvanlanan bəyanatın mətni oxunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir