AKTUAL

Prezident xalqa müraciət edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək. Xəbəral.az xəbər verir ki,  müraciət Azərbaycan Televiziyası vasitəsilə yayımlanacaq. Ali Baş Komandanın cəbhədki vəziyyətlə bağlı önəmli açıqlamalar verəcəyi gözlənilir.

Müharibə

Ermənilər Xankəndidən kütləvi qaçırlar – VİDEO

Dünən axşam saatlarından etibarən qalan sakinlər də Xankəndini tərk etməyə başlayıblar. Əldə olunan video kadrlardan görünür ki, Xankəndinin çıxışında bir neçə kilometr uzunluğunda tıxac müşahidə olunur. Artıq heç kəs Xankəndidə qala bilmədiyindən şəhəri tərk edir. Xatırladaq ki, bir neçə gün əvvəl şəhər “meri” David Sarkisyan Xankəndi sakinlərinin azı 70 faizinin (40 min) Ermənistana qaçdığını demişdi. O, qalan insanların […]

AKTUAL

Helsinkidə erməni terroruna etiraz edilib – FOTO

Finlandiyada təhsil alan azərbaycanlı tələbələr erməni terroruna etiraz aksiyası keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin mərkəzi dəmiryol vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını qınayan icazəli aksiya […]

Siyasət

Hikmət Hacıyev: “Təşəkkürlər Qardaş Türkiyə!”

Türkiyənin İstanbul şəhərində, Avropanın ən böyük qülləsində Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında bununla bağlı qardaş respublikaya öz təşəkkürünü bildirib. “Təşəkkürlər Qardaş Türkiyə!”, – deyə yazdığı şərhinə o, şəkillər də əlavə edib. Xatırladaq ki, dünən gecə Kiçik Çamlıca Radio və Televiziya qülləsində işıqlandırma prosesində Azərbaycan […]

Media

Rusiyada təyyarə qəzasında NTV kanalının aparıcısı həlak olub

Rusiyanın paytaxtı Moskva şəhərində “Cessna” yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb. Bu barədə TASS məlumat yayıb. Bildirilir ki, təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub. Təyyarənin Moskvanın Myaçkovo hava limanından Yaroslavl vilayətinin Rıbinsk şəhərinə uçuş etdiyi bildirilir. Uçuş zamanı mühərrikin alovlandığı qeyd olunur. Bu səbəbdən pilot təyyarəni tarlaya endirib, lakin təyyarədən sağ çıxa […]

Dünya

Bayden rekord 74 milyon səs toplayıb

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden 74 milyonluq rekord səslə qələbə qazandığını deyib. “ABC News” telekanalının məlumatına görə, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib. “Seçkilərdə əvvəllər heç kimin ala bilmədiyi səs sayı ilə qalib gəldik. Dünyada ABŞ-a yenidən hörmət edilməsi naminə bu vəzifə üçün çalışırdım”, – deyə o vurğulayıb. Qeyd edək ki, tələb olunan […]

Müharibə

Paşinyan Qarabağ nizamlanması barədə danışıqları qeyri-real adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi fəaliyyət şəraitində Qarabağ nizamlanması barədə danışıqların normal, ancaq qeyri-real olduğunu deyib. “RİA Novosti”nin məlumatına görə, o bu barədə Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib. Paşinyan əlavə edib ki, danışıqların şərtləri Moskvanın bəyanatında müzakirə edilib və razılaşdırılıb, sonradan isə öz təsdiqini tapıb. O, həmçinin Moskva bəyanatının Rusiya prezidentinin vasitəçiliyi ilə qəbul edildiyini, […]

Müharibə

Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub – RƏSMİ

Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.