Dünya

Bayden rekord 74 milyon səs toplayıb

Sharing is caring!

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden 74 milyonluq rekord səslə qələbə qazandığını deyib.

“ABC News” telekanalının məlumatına görə, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.

“Seçkilərdə əvvəllər heç kimin ala bilmədiyi səs sayı ilə qalib gəldik. Dünyada ABŞ-a yenidən hörmət edilməsi naminə bu vəzifə üçün çalışırdım”, – deyə o vurğulayıb.

Qeyd edək ki, tələb olunan 270 seçici səsindən 290-nını alan, bununla da zəfərini təmin edən demokrat Co Bayden noyabrın 7-də özünü Amerika Birləşmiş Ştatlarının Prezidenti elan edib.

Donald Tramp da öz növbəsində məhkəmə yolu ilə bir sıra ştatlarda lider mövqeyini bərpa edəcəyinə ümidini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir