Cəmiyyət

COVID-19-la mübarizədə çalışan kubalı tibb heyyəti Azərbaycana gəldi

Yeni növ koronavirusla (COVID-19) mübarizə sahəsində çalışan Kubadan olan növbəti tibb heyyəti Azərbaycandadır. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, 120 nəfərdən ibarət kubalı tibb mütəxəssisi xüsusi reyslə noyabrn 6-da ölkəmizə gəlib. Bu heyət üç ay müddətində Azərbaycanda olacaq. Onlar yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin […]

AKTUAL

BANM-da təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borcları silindi – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borclarını ləğv edilib. Bununla bağlı BANM-ın rektoru Elmar Qasımov paylaşım edib. O bildirib ki, eyni zamanda bu tələbələrin ümumiyyətlə yataqxanada BANM hesabına qalmaları haqqında qərar qəbul olunub. Bu gün biz, Bakı Ali Neft Məktəbində təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının Yataqxana borclarını ləgv […]

Cəmiyyət

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

Şirkət “Virtual Təhsilə Dəstək” layihəsinin rəsmi mobil tərəfdaşıdır Bakcell, ENGINET şirkəti və partnyorları tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəsmi mobil tərəfdaşı olub. “Virtual təhsilə dəstək” layihəsinin məqsədi Covid-19 pandemiyası zamanı təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Belə ki, Bakcell “Virtual […]

Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 6 noyabr 2020-ci il tarixində “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” adlı onlayn dəyirmi masa keçirilib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin məhvi, ölkəmizin müxtəlif rayonlarında yerləşən mülki obyektlərin atəşə tutulması nəticəsində baş verən meşə yanğınları fonunda keçirilən tədbir həmçinin 6 […]

Cəmiyyət

Karantin rejiminin tələblərini pozan ictimai iaşə obyektləri aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 2020-ci il 5 noyabr tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, […]

Siyasət

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə dörd dövlət müəssisəsi verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev noyabrın 6-da “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” Sərəncam imzalayıb. Xəbəral.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının […]

Siyasət

Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılması ilə bağlı Sərəncam imzalayıb. Xəbəral.az-ın məlumatına görə, Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini […]

Dünya

Aİ Lukaşenkoya sanksiya tətbiq etdi

Avropa İttifaqı Belarus Prezidenti Aleksandr Lukaşenkoya sanksiya tətbiq edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Qara siyahıya A.Lukaşenko ilə yanaşı daha 14 Belarus rəsmisi daxil edilib. Onların Avropadakı aktivləri dondurulacaq, Aİ ərazisinə girişi qadağan ediləcək. Sanksiyalar həmçinin ölkə başçısının oğlu Viktor Lukaşenkoya da şamil edilib.

İqtisadiyyat

Daha 36 dövlət müəssisəsi özəlləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb. Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 1 dekabr tarixində təşkil ediləcək.  Hərraca 36 dövlət əmlakı çıxarılacaq. Bunlardan 28-i kiçik dövlət müəssisəsi və obyekti, səkkizi isə nəqliyyat vasitəsidir. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, […]