İdman

NBA-nın ulduz oyunçusu həbsxanada ölüb

İki dəfə NBA All-Stars iştirakçısı olan ulduz oyunçu Eddi Conson Florida həbsxanasında vəfat edib. Bu barədə “L’Equipe” xəbər yayıb. O, ömürlük həbsə məhkum edilmişdi. 65 yaşlı keçmiş ulduzun ölüm səbəbi açıqlanmır. Conson NBA-da çıxışları ilə məşhurdur. Ancaq o, narkotik aludəçisi olub və disiplin problemi olub. Buna görə 1987-ci ildə ona NBA-da oynamaq qadağan edilib. Onun qanunla […]

Siyasət

Spiker: “Prezidentin verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir”

“Erməni şovinistləri öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr alır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O bildirib ki, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən prezidentimiz hər kəsə nümunə göstərir: “Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr […]

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti bahalaşır

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,2 dollar və ya 0,5 faiz bahalaşıb. Hazırda, Azərbaycan neftinin bir barelinin qiyməti 40,98 ABŞ dollarını təşkil edir. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müharibə

Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır – RƏSMİ

“Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır”. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu cür məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

Müharibə

Əsir düşmüş erməni din xadimi Bakıda ibadət evində dua edib – FOTO

Ermənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventistlər icmasının üzvü erməni Hovsep Saakyan Bakıdakı Yeddinci Günün Adventistlərinin ibadət evində dua edib. Trend-in məlumatına görə, Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılaraq kilsəyə gətirilib. Hovsep Saakyanın Bakıdakı ibadət evinə gətirilməsi də Azərbaycan tərəfinin növbəti humanist münasibətin bariz nümunəsidir. Qeyd edək ki, Ermənistanda […]