Müharibə

Stokholm və Göteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirildi

İsveçin Stokholm və Göteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib. İşğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz etmək istəyən azərbaycanlılar sosial media üzərindən təşkilatlanaraq, avtoyürüş keçiriblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Göteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib. Aksiyaların […]

Xarici siyasət

Azərbaycan XİN-dən Avstriyadakı terrorla bağlı paylaşım – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyadakı terrorda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib: “Vyanada baş verən dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq terrorun bütün formalarını və təzahürlərini pisləyir”.

Dünya

Yunanıstanda anarxistlər universitet rektorunu döyüb, boynundan lövhə asdılar – FOTO

Yunanıstanda anarxistlər Afina Universitetinin rektoratını ələ keçirərək, rektor Dimitris Burantonisi döyüblər. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, bundan sonra qanun pozucuları rektorun boynundan üzərində “həmrəyliklə zəbt” sözü yazılan lövhə asıblar. Onlar bu addımlarını skvatterlərin müdafiəsi aksiyası adlandırıblar. Bundan sonra anarxistlər rektoratı dağıdıblar, həmçinin divarlarda öz simvollarını çəkiblər. Yunanıstan Mülki Müdafiə naziri Mixalis Xrisoxoidis cinayətkarların başı […]

Dünya

Vyanada terror aktı törədən dörd silahlı tutuldu – VİDEO

Avstriya polisi Vyanada terror aktı törədən silahlılardan dördünü saxlayıb. Bununla bağlı Avstriya telekanalları məlumat yayıb. Bildirilir ki, terrorçular polisin Vyananın mərkəzindəki Qraben küçəsində keçirdiyi əməliyyat zamanı ələ keçib. Daha üç silahlının axtarışı isə davam etdirilir. Qeyd edək ki, altı məkana eyni anda edilən silahlı hücum zamanı bir nəfər ölüb, 15 nəfər xəsarət alıb. Terrorçulardan biri […]

Mədəniyyət

Azərbaycanın Xalq artistinin həyat yoldaşı Vyana terrorunun şahidi oldu – VİDEO

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun arvadı, vokal ifaçısı Anna Netrebko Vyana baş verən terrorun şahidi olub. Bununla bağlı o, “Instagram” hesabında məlumat verib. O bildirib ki, terror hücumu zamanı qonşuları ilə birlikdə qaldığı binanın damına çıxıb. İfaçının sözlərinə görə, Vyanada qaldığı evin yerləşdiyi məhəllədə atəş səsləri eşidilib: “Burada silah səsləri eşidildi, yaxınlığımızda idi. Biz yaxşıyıq, […]

Hadisə

Bakıda uşaq bağçasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli uşaq bağçasının birinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd açar və kabel 5 p.m yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Cəmiyyət

“WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq

Məşhur “WhatsApp” messencerindən daha bir maraqlı funksiya gəlir: Yoxa çıxan mesajları artıq göndərmək mümkün olacaq. “RİA Novosti”nin məlumatına görə, bu barədə proqramın tərtibçiləri məlumat verib. Bildirilir ki, ötən ildən etibarən “WhatsApp” müəyyən bir müddətdən sonra mesajları avtomatik olaraq silən yeni xüsusiyyət üzərində işləyir. “Yoxa çıxan mesajlar” adı verilən bu funksiya “WhatsApp”a çox yaxında əlavə olunacaq. […]

İdman

Çempionlar Liqası: Liderlər İtaliyada üz-üzə, “Real”ın son şansı – AFİŞA

Bu gün Çempionlar Liqasında III tur start götürəcək.                                      Xəbəral.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutacaq. Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olacaq. Qrupun digər favoriti […]

Dünya

“Twitter” Tramp və Baydenə qadağa qoydu

“Twitter” sosial şəbəkəsi bütün istifadəçilərinə, o cümlədən ABŞ prezidentliyinə namizədlərə rəsmi nəticələr açıqlanmadan seçkilərdə qələbə ilə bağlı paylaşım etməyi qadağan edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Şirkətdən bildirilib ki, rəsmi nəticə kimi ştatın seçki komissiyasının bəyanatı və ən azından iki etibarlı milli mətbuat orqanının proqnozları hesab oluna bilər.