Cəmiyyət

“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi

Koronavirus (COVID-19) infeksiyasının davam etdiyi müddətdə “Nar” virusla mübarizə aparan həkimləri növbəti dəfə pulsuz rabitə ilə təmin edib. Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında “COVID-19” infeksiyası ilə mübarizə aparan bir sıra xəstəxanaların həkimlərinin “Nar” nömrələrinin balansına 2 ay müddətində 50 AZN yüklənəcək. Məqsəd  həkimlərin koronavirus infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir. Xatırladaq ki, […]

Siyasət

İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”

Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı paylaşımlar edib. Paylaşımlarda deyilir: “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Siyasət

İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və […]

Cəmiyyət

Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı – RƏSMİ

Yaranmış sanitar epidemioloji vəziyyətlə əlaqədar Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara dəyişikliklər edib. Dəyişikliyə əsasən: – Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba […]

Dünya

Niderlandda “quş qripi” panikası

Niderlandda çöl quşlarında quş qripi virusu aşkar edildiyi üçün fermerlərdən quşçuluq təsərrüfatlarında heyvanların çöllə təmas saxlamamaları istənilib. “Anadolu” agentliyi xəbər verir ki, Utrex şəhərinin Koçengen kəndində 6 vəhşi ördəkdə aparılan testlər nəticəsində onların ikisində quş qripi aşkar edilib. Bildirilib ki, eyni bölgədə ölən bir çöl ördəyində də quş qripi tapılıb. Ölkənin Kənd Təsərrüfatı naziri Karola Skouten […]

Cəmiyyət

Prokurorluğun işğal olunmuş ərazilərdə qanunsuz iqtisati faəliyyətlə bağlı VİDEO ÇARXI

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib. […]

Müharibə

Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” – VİDEO

Ermənistan ordusunun real mənzərəsi göz qabağındadır. Müharibənin ciddiyyəti ilə ziddiyyət təşkil edən yaşlıların, yorğun və bitkin insanların müharibədə məğlub olmaqdan başqa yolunun olmadığını Paşinyan indi daha yaxşı başa düşər. Ermənistan ordusunda hərbi geyim isə, ümumiyyətlə, tapılmır.

AKTUAL

DTX və DİN-in terror xəbərdarlığı: düşmən içimizə necə sıza bilər?

Düşməndən hər cür xainlik, cinayətkarlıq, vandallıq gözləmək olar. Ələlxüsus, ermənilərin itki verər-verə geri çəkildikləri zamanda terror aktları planlaşdırdığı istisna deyil. Elə Gəncəyə iki dəfə raket atılması, insanların gecə yatdığı yerdə qətlə yetirilməsi bariz sübutdur ki, qarşımızda alçaq xislətli düşmən var. Ona görə Azərbaycanın hüquq-mühafizə orqanları qabaqlayıcı tədbirlər görür, təhlükəsizliyi gücləndirir, vətəndaşları ayıq-sayıq olmağa çağırır. Çünki […]