Manşetüstü Sosial

“İdman Azərbaycan”ın şərhçisi canlı yayımdakı bu sözlərə görə efirdən uzaqlaşdırıldı

“İdman Azərbaycan” kanalının şərhçisi İsmayıl Abdullayev “Mançester Yunayted” – “Çelsi” oyununu şərh edərkən işlətdiyi ifadəyə görə efirdən uzaqlaşdırılıb. XəbərAl.az metbuat.az-a istinadən xəbər verir ki, bu haqda İsmayıl Abdullayev özü məlumat verib: “Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”. Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında […]

Manşetüstü Maqazin

Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı – VİDEO

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.  Görüntülərdə Məmmədsəfanın döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanın isə onun ayaqları altında bardaş qurduğunu görürük. İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik: Məmmədsəfa: – Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get! Mətanət Əsədova: – Hə, oxuyum, […]

manset Siyasət

Putinin siyasətində şok gəlişmə – Separatçı bölgə geri qaytarılır

“Rusiya Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəyir. Ötən həftə XİN rəhbəri Lavrov bununla bağlı “top”un Kişinyovda olduğunu bildirdi”. XəbərAl.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Ekspert qeyd edib ki, NATO və Avropa İttifaqının getdikcə Rusiya sərhədlərinə yaxınlaşdığını görən Moskva Dnestryanı bölgənin Moldova tərkibində geniş muxtariyyət alması müqabilində Kişinyovun bloklara […]

Dünya manset

İmamoğluna sərt ittihamlar – Bodruma getdi

Ötən şənbə İstanbulda güclü yağışların törətdiyi fəsadlar zamanı Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Bodrumda istirahətdə olub. XəbərAl.az xəbər verir ki, şəhərə çoxsaylı ziyan vuran və bir nəfərin ölümünə səbəb olan güclü yağışlardan sonra Əkrəm İmamoğlu təcili İstanbula qayıdıb, zərərçəkən bölgələrdə olub, sakinlərlə görüşüb. Daha sonra o, dünən yerli vaxtla saat 15:40-da istirahətini davam etdirmək üçün […]

Cəmiyyət manset

Xanım rəis nöqsanlara görə işdən çıxarıldı

Tovuz rayon Təhsil Şöbəsinin rəisi Validə Hüseynova tutduğu vəzifədən azad edilib. XəbərAl.az-in məlumatına görə, V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə işdən azad edilib. Qeyd edək ki, 54 yaşlı şöbə rəisi 2012-ci ildən bu vəzidə çalışıb. Hələlik Tovuz rayon Təhsil Şöbəsinin rəisi vəzifəsinə təyinat olmayıb.Bakı.vs

Hadisə manset

“Lerik Relax”da baş verən insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb – EKSKLÜZİV

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub. XəbərAl.az-ın məlumatına görə, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb. Vergilər, Daxili […]

Dünya manset

Britaniya qorxuya düşdü: Rusiya bu regionu işğal edir

Rusiya muzdlular vasitəsilə Afrikanı öz təsir dairəsinə salır, ona görə də Britaniya regionda mövcudluğunu gücləndirməlidir. XəbərAl.az xəbər verir ki, bunu “Tayms”a müsahibəsində Britaniya ordusunun Baş Qərargah rəisi Nik Karter deyib. “Afrika qitəsinə kiçik antiterror bölmələrinin göndərilməsi inkişafda olan ölkələrin “Vaqner” qrupuna yox, Qərbə yön almasına yardım edəcək. Afrikada Rusiyanın özəl hərbi şirkətinin mövcudluğu Britaniyanı narahat […]

Dünya manset

Tramp Venesuelanı blokadaya almaq istəyir

ABŞ prezidenti Donald Tramp məsləhətçilərə Venesuelanın dəniz blokadasının tətbiqini müzakirə etməyi təklif edirdi. XeberAl.az xəbər verir ki, bu haqda administrasiyadakı beş mənbəyə istinadən “Axios” portalı bildirib. Mənbələrin məlumatına görə, Tramp ölkəyə malların çatdırılmasına imkan verməmək üçün Venesuelanın sahil boyu Amerika Hərbi Dəniz Qüvvələrinin gəmilərini yerləşdirməyi təklif edirdi. Portal iddia edir ki, Tramp belə müzakirələri son […]

Hadisə manset

Gəncədə 10-cu sinif şagirdi özünü öldürdü – Bir gündə iki İNTİHAR

Gəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib. Avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib. Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb. M. Nəbiyeva 10-cu sinif şagirdi […]

Hadisə Manşetüstü

Bakıda anası tərəfindən döyülən 9 yaşlı qız EVDƏN QAÇDI – Polisə ŞİKAYƏT ETDİ

Səhər saatlarında Bakı Metropoliteninin “Neftçilər” stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib. Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı təsdiqləyib. Onun sözlərinə […]