manset Siyasət

Əli Həsənov :Ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlama verib. XeberAl.az açıqlamanı təqdim edir. Açıqlamada deyilir: Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə […]

Dünya manset

Sensasion gəlişmə: Gizli danışıqlar başladı – Dövlət çevrilişinə hazırlıq

ABŞ Venesuela Sosialist Partiyasının liderlərindən biri Diosdado Kabello ilə gizli danışıqlara başlayıb. XeberAl.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Prezidenti Administrasiyasındakı mənbəyə istinadən xəbər verib. Mənbə qeyd edib ki, tərəflər Venesuela Prezidenti Nikolas Maduronun yaxın adamlarının dövlət başçısını vəzifədən uzaqlaşdırmağa razı olduqları təqdirdə, təhlükəsizlik zəmanətlərini müzakirə edirlər. Məlumatda qeyd edilib ki, ötən […]

Dünya Manşetüstü

Qayınanasının hədiyyəsi xoşuna gəlmədi, arvadını boşadı

Özbəkistanda qadının valideynlərinin verdiyi toy hədiyyəsini bəyənməyən kişi boşanmaq qərarına gəlib. XeberAl.az  xəbər verir ki, bu barədə “Yoşlar” telekanalı məlumat yayıb. Kişi telekanala açıqlamasında arvadının valideynlərinin ona pis geyim aldıqlarını və buna görə də boşanmaq qərarına gəldiyini deyib. “Arvadımın qardaşı və valideynləri yaxşı yerlərdə işləyirlər. Fikirləşdim ki, mənə Türkiyə istehsalı olan paltar gətirərlər. Amma mənə […]

Dünya manset

“Çində güc tətbiqi münasibətlərimizə mənfi təsir edə bilər” – Tramp

“Honkonqda etirazçılara qarşı güc tətbiqi ABŞ-ın Çinlə ticarət razılaşmalarına mənfi təsir göstərə bilər”. XeberAl.az  xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib. Amerika lideri Çindəki aksiyaların dinc formada davam etməsinə tərəfdardır: “Mən istərdim ki, Honkonqda hər şey dinc şəraitdə həllini tapsın. Bu, ABŞ və Çin arasında ticarət razılığı haqqındakı saziş nöqteyi-nəzərindən əhəmiyyətlidir”. Qeyd […]

Dünya manset

Suriya Türkiyənin hərbi konvoyunu vurdu

Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətindəki Türkiyə hərbi konvoyuna hücum edib. XeberAl.az xəbər verir ki, bu məlumatı DHA yayıb. Agentlik türkiyəli hərbçilərin Xan-Şeyxun istiqamətində müşahidə məntəqələri arasında hərəkət edən zaman hücuma məruz qaldığını bildirib. Hələlik ölən və yaralananlar haqqında heç bir məlumatın olmadığı vurğulanıb.

Manşetüstü Şou-Biznes

Zeynəb Həsəniyə ağır itki: ürək dağlayan görüntülər – VİDEO

Həmin görüntüləri sizə təqdim edirik Müğənni Zeynəb Həsəniyə ağır itki üz verib. XeberAl.az  aznews.az-a istinadən xəbər verir ki, müğənninin anası dünyasını dəyişib. Bu barədə Zeynəbin həmkarı müğənni Nüşabə Musayeva şəxsi İnstagram hesabında yazıb. O, Zeynəblə anasının görüntülərini də baş sağlığı diləklərinə əlavə edib. Həmin görüntüləri sizə təqdim edirik:

manset Region

Türkiyə ordusu Sarakibə girdi

Türkiyənin zirehli transportyorları Suriyanın İdlib vilayətindəki Xan Şeyxun şəhərinə doğru irəliləyir. XeberAl.az xəbər verir ki, bu bəyanatı Suriya Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Türkiyənin zirehli transportyorları artıq Sarakib şəhərinə daxil olub. Qeyd edək ki, bundan öncə “RİA Novosti” Xan Şeyxunun bir hissəsinin Suriya ordusunun nəzarətinə keçdiyi haqqında məlumat yaymışdı.

Cəmiyyət Manşetüstü

Bakı metrosunda qatar tuneldə dayandı

Bakı metrosunda qatarların intervalında fasilə yaranıb. Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, fasilə “İçərişəhər” stansiyasında qeydə alınıb: “Səhər saatlarında “İçərişəhər” stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən […]