Dünya manset

İmamoğluna sərt ittihamlar – Bodruma getdi

Sharing is caring!

Ötən şənbə İstanbulda güclü yağışların törətdiyi fəsadlar zamanı Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu Bodrumda istirahətdə olub.

XəbərAl.az xəbər verir ki, şəhərə çoxsaylı ziyan vuran və bir nəfərin ölümünə səbəb olan güclü yağışlardan sonra Əkrəm İmamoğlu təcili İstanbula qayıdıb, zərərçəkən bölgələrdə olub, sakinlərlə görüşüb.

Daha sonra o, dünən yerli vaxtla saat 15:40-da istirahətini davam etdirmək üçün Bodruma qayıdıb.

Əkrəm İmamoğlu İstanbulda olarkən meteoroloji idarəni qeyri-dəqiq proqnoz verməkdə günahlandırıb. İdarə bələdiyyə sədrinin fikrini təkizb edən açıqlama yayıb.

Məsələyə Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmir də qatılıb. O, İmamoğlunu təbii fəlakət zamanı iş başında olmamaqda suçlayıb: “Həftənin əvvəlindən meteoroloji göstəriclərin İstanbul əleyhinə olduğu və yağışla bağlı gözlənilən hər cür açıqlamalarımız oldu. Bu baxımdan proqnozlar gec gəldi demək düz deyil. Rəhbərin iş başında olması gərəkdir. Əgər rəhbərsənsə, gələcəksən, işini icra edəcəksən. Vətəndaş da bunu gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir