Dünya

Yunanıstanın yeni hökumətinin tərkibi açıqlanıb

Yunanıstanın Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakis bu gün səhər sabiq Baş nazir Aleksis Çiprasdan vəzifəni təhvil alıb. APA “DHA”ya istinadən xəbər verir ki, hökumət rəsmisi Stelios Petsas isə yeni hökumətdə təmsil ediləcək nazirlərin məlum olduğunu açıqlayıb. Bildirilib ki, sabah saat 12.00-da yeni hökumətin nazirləri sabiq həmkarları ilə təhvil-təslim edəcəklər. Çərşənbə günü isə Nazirlər Şurasının […]

Region

Bakıda 32 yaşlı kişini avtomobil vurub

Sabunçu rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki baldır sümüyünün sınığı diaqnozu qoyulub. B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Sabunçu […]

Kriminal

Gəncədə qadın naməlum şəraitdə bıçaqlanıb

Gəncdə bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə şəhərin Fətəli Xan Xoyiski  küçəsində qeydə alınıb. Belə ki, 46 yaşlı Sevda Baxışova naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirlib. Xəstəyə sağ qabırğa altı nahiyənisinin kəsilmiş-deşilmiş yarası diqanozu qoyulub. Qadın əməliyat olunub. Onun deməsinə görə, hadisə qarpız kəsərkən baş verib. Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırma […]

Hadisə

Lənkəranda bədbəxt hadisə: it 2 yaşlı uşağın üzünü qoparıb

Liman şəhərində it uşağa hücum edib və üzünü yaralayıb. APA-nın verdiyi məlumata görə, bədbəxt hadisə Liman şəhərində baş verib. Şəhər sakini, 2017-ci il təvəllüdlü Nərmin Emin qızı Hüseynova valideyni ilə küçədə gəzərkən sahibsiz itin hücumuna məruz qalıb. Dəri defektli sol gözaltı nahiyənin və burnun sağ payının əzilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən […]

AKTUAL

Dövlət Tərcümə Mərkəzinə yeni hüquqlar verilib

Azərbaycan Dövlət Tərcümə Mərkəzinə əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək hüququ verilib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə edilən dəyişikliklərdə əksini tapıb. Tərcümə Mərkəzinin İdarə Heyəti müvafiq olaraq Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait […]

Ana Səhfə

Parkda istirahət edən Sumqayıt sakini qəflətən vəfat edib

Sumqayıtda parkda faciə yaşanıb. APA-nın məlumatına  görə, hadisə şəhərin dənizkənarı  parkında  “Göyərçin” abidəsinin  yaxınlığında qeydə  alınıb. Belə ki, axşam  saatlarında parkda istirahət edən Sumqayıt şəhər sakini 1937-ci il təvəllüdlü Əliyev Sahib Əlövsət oğlu oturduğu yerdə keçinib.  Onun bu yaxınlarda  ürək əməliyyatı keçirdiyi bildirilir. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Ana Səhfə

Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədrinə yeni səlahiyyət verilib

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədrinin səlahiyyətləri artırılıb. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə edilən dəyişikliklərdə əksini tapıb. İndiyə qədər müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq etmək Dövlət Tərcümə Mərkəzinin İdarə […]