Hadisə

Bakıda 40 yaşlı kişini döyərək ayağını sındırıblar

Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. Mehriban Qonşular küçəsində 1979-cu il təvəllüdlü Kərimov Kərim tanımadığı şəxslər tərəfindən döyülüb. Nəticədə onun sol ayağı sınıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

AKTUAL

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Ötən gün Bilgəh, Yevlax və Coratın çimərlik və qeyri-çimərlik ərazilərində ümumilikdə 6 nəfər şəxs çimərkən batma təhlükəsilə üzləşib. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.

Dünya

Liviyada girov götürülüb sonradan burxaılan dənizçilər İstanbula gəliblər

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Xəftər tərəfindən girov götürülən Türkiyə vətəndaşı ola 6 dənizçi Liviyanın paytaxtı Trablusdan bu gün təyyarə ilə İstanbula gəlib. APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi Murat Tamer və ailələri qarşılayıb. Dənizçilər bildiriblər ki, girov götürülərkən internet vastəsilə əlaqə qurmaq imkanları məhdudlaşsa da, onlar lazımı yerlərlə məlumat […]

İdman

Avropa Liqasında 47 oyun olacaq

Bu gün Avropa Liqasında I təsnifat mərhələsi başlayacaq. APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 47 qarşılaşma üç gün ərzində keçiriləcək. Mərhələyə Cəbəllütariqdə keçiriləcək “Sent Cozefs”lə Şotlandiya “Reyncers”i arasında matçla start veriləcək. İlk oyun günündə daha iki qarşılaşma baş tutacaq. Mərhələnin bir görüşü isə sabah keçiriləcək. İlk oyunlar iyulun 11-dəki 43 matçla yekunlaşacaq. Azərbaycan təmsilçiləri “Səbail” […]

Bölgə

Masallıda ağır yol qəzasında 8 nəfər ölüb

Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi […]