Region

Bakıda 32 yaşlı kişini avtomobil vurub

Sharing is caring!

Sabunçu rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki baldır sümüyünün sınığı diaqnozu qoyulub. B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Ryaon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir