Ölkə

DİM 12 bölgədə imtahan keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün növbəti imtahanları keçirir. APA-nın xəbərinə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. DİM tərəfindən bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala […]

Dünya

Dominikanda yüngülmühərrikli təyyarə radarlardan itib

Dominikan Respublikasında göyərtəsində 4 nəfərin olduğu yüngülmühərrikli təyyarə radarların ekranından yoxa çıxıb. APA xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb. Bildirilir ki, Baraona əyalətinin Mariya-Montes hava limanından havaya qalxdıqdan yarım saat sonra təyyarənin ekipaj üzvü dispetçerlərlə rabitə əlaqəsini dayandırıb. Dominikan mülki aviasiya institutu ölkənin hərbi qurumunun dəstəyi ilə təyyarənin axtarışlarına başlayıb.

İdman

Minsk-2019: Sonuncu günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sonuncu günündə 36 dəst medal sahibini tapacaq. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışların son günündə azarkeşlər 6 idman növü üzrə mübarizəyə şahid olacaqlar. Karate, badminton, velosiped idmanı, idman gimnastikası və boksda son mükafatlar uğrunda mübarizə gedəcək. Azərbaycan idmançıları dörd növdə bacarığını göstərəcəklər. Karate yığmamızın 4 üzvü, […]

Siyasət

Mun Çje İn: “ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək”

ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib. “ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, – Mun Çje İn birgə […]

İqtisadiyyat

Azərbaycanda icbari sığortalanmadan yayınanlar inzibati məsuliyyətə cəlb ediləcəklər

İcbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin […]

Bölgə

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb. APA-nın məlumatına görə, iyunun 23-də gecə saatlarında Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Q.Nəbiyev dünyasının dəyişib.

İdman

Avropa Oyunlarının qalibi: “Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım üçün çox sevincliyəm”

“Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım və qızıl medal qazandığım üçün çox sevincliyəm”. Bunu Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes Minsk-2019 II Avropa Oyunları üçün APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda Böyük Britaniya təmsilçisi Bencamin Vittakeri 3:2 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. Onun bu uğuru […]

Secme Xeberler

Umayra Tağıyeva: “Ölkəyə soyuq hava cərəyanlarının daxil olması nəticəsində temperatur aşağı enib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində havanın şəraitinin dəyişməsinin səbəbini açıqlayıb. ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya deyib ki, gözlənildiyi kimi, çox isti hava şəraitindən sonra 29 iyun axşam saatlarından başlayaraq ölkəyə Qara dənizdən hərəkət edən soyuq hava cərəyanlarının daxil olması nəticəsində respublika ərazisində temperatur aşağı enib. O qeyd edib ki, […]

AKTUAL

Birinci Xəzər İqtisadi Forumunun keçiriləcəyi məkan və tarix açıqlanıb

Birinci Xəzər İqtisadi Forumu bu il avqustun 12-də Türkmənistanın “Avaz” turizm zonasında keçiriləcək. APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov bildirib. Xəzərin hüquqi statusu barədə Konvensiya 12 avqust 2018-ci ildə imzalanıb və sənədin imzalanmasının ildönümündə keçirilən bu Forum strateji əhəmiyyət daşıyır. Uzun illər ərzində aparılan danışıqlardan sonra imzalanmış Konvensiya Xəzərdə […]