Kriminal manset

MİNGƏÇEVİRDƏ ÖZÜNÜ YANDIRAN APREL QAZİSİ VƏFAT ETDİ – İCRA BAŞÇISI HADİSƏNİ GİZLƏTMƏYƏ ÇALIŞIR

Xəbər verdiyimiz kim, 28.06.2019-cu il tarixdə gecə saat 23:30 radələrində Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında etraz məqsədi ilə özünü yandıran İmamverdi İsmayılov Mingəçevir Mərkəzi Xəstəxanasında dünyasın dəyişib. Mərhum xəstəxanada olan özbaşınalığa, süründüməçiliyə və həkim səhlənkarlığına etira olaraq öz üzərinə berzin tökərək odlamışdır. Bədəninin 60% yanan aprel qazisi, bu gün gündüz saat 01:45 radələrində dünyasını dəyişən Mingəçevir […]

manset

Güclü külək Mingəçevirdə ciddi fəsadlar törədib

Küləkli hava şəraiti Mingəçevirdə bəzi fəsadlara səbəb olub. APA-nın məlumatına görə, yağışla müşayiət olunan külək zamanı ağaclardan biri Vəli Hüseynov küçəsinə düşüb. Avtomobil və piyadaların hərəkətinə müvəqqəti əngəl yaradan ağac həm də yaxınlıqdakı obyektlərdən birinə məxsus kiçikdiametrli qaz xəttini zədələyib. Digər ərazilərdə də azmiqyaslı oxşar təbiət hadisəsi müşahidə olunub. Hava şəraiti bəzi küçələrdə açılmalara və […]

Hadisə

Bakıda qadını döyülərək qarət olunub

Bakının Səbail rayonu ərazisində 55 yaşlı qadın döyülüb. APA xəbər verir ki, M.Hüseyn küçəsində yerləşən restoranda Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızı orada naməlum şəxsin fiziki zorakılığına məruz qalıb. Bildirilir ki, həmin vaxt qadının 221 manat pulu da əlindən alınıb. Hazırda polis araşdırmalar aparır.

Hadisə

Lənkəranda gənc oğlan su hovuzunda boğulub

Lənkəranda 20 yaşlı gənc hovuzda boğulub. APA-nın verdiyi məlumata görə, bədbəxt hadisə Lənkəran Olimpiya İdman Kompleksində baş verib. Belə ki, rayonun Şiləvar kənd sakini, 1999-cu il təvəllüdlü Fəxrəddin Ədalət oğlu Babayev hovuzda çimərkən boğulub. Onun cansız bədəni Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Kanadada silahlı insident olub: 2 ölü, bir yaralı var

Kanadanın Toronto şəhərinin şimal-qərbində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb. APA xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb. Polisin verdiyi məlumata görə, həmin şəxslər ağır yaralı halda çoxmənzilli evlərin birində aşkarlanıb. Ancaq onlardan biri hadisə yerində, digəri isə xəstəxanada keçinib. Sonradan xəstəxanaya insident zamanı xəsarət almış üçüncü şəxs də müraciət […]

Dünya

İraq hərbçiləri beş İŞİD terrorçusunu məhv edib

İraqlı hərbçilər İŞİD terror qruplaşmasının 5 döyüşçüsünü məhv edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, terrorçular Suriya sərhədindən İraqa keçmək istəyirmiş. Buna görə də ölkənin Suriya sərhədi bu cür insidentlərə yol verilməməsi üçün daima nəzarətdə saxlanılır.

Secme Xeberler

Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib

İyunun 29-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib. Həmçinin Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və […]

AKTUAL

Putin daşqınlardan əziyyət çəkən İrkutsk vilayətinə baş çəkib

Rusiya prezidenti Vladimir Putin daşqınlar səbəbindən fövqəladə vəziyyətin elan edildiyi İrkutsk vilayətinə yollanıb. Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, ölkə lideri Bratsk şəhərində dayanıb. Bildirilir ki, Putin şəhər aeroportunda təcili iclas çağırıb və burada yerli idarəetmə orqanlarını qəbul edərək öz tapşırıqlarını verib. Federal qurumların rəhbərləri daşqın bölgələrindəki vəziyyət barədə prezidentə məlumat verib və yaranmış […]

AKTUAL

Səhhəti yaxşılaşan Tunis prezidenti gələn həftə xəstəxananı tərk edəcək

Tunis prezidenti Beji Kaid əs-Sebsinin səhhəti yaxşılaşmağa doğru gedir, bazar ertəsi və ya çərşənbə axşamı günü o, hərbi hospitalı tərk edə biləcək. APA xəbər verir ki, bu barədə “Agence France Press” agentliyinə dövlət başçısının oğlu Hafez Kaid əs-Sebsi məlumat verib. “Prezidentin səhhəti yaxşılaşır, onun durumu üçün təhlükə yoxdur, ümid edirik ki, bazar ertəsi və ya […]