Hadisə

Bakıda yük maşını piyada keçidinə çırpılıb

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib. Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində […]

Kriminal

Bakıda arvadını bıçaqlayan kişi tutulub

Bakıda arvadını bıçaqlayan kişi tutulub. APA-nın məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı Nürəngiz Hüseynovaya çoxsaylı bıçaq zərbələri vurub. Təcili yardım vasitəsi ilə 3 saylı şəhərk Klinik Xəstəxanasına çatdırılan Nürəngiz Hüseynovanın həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Emin Hüseynov saxlanılıb. Faktla […]

Bölgə

“Azərişıq” cənub regionunda tikinti-bərpa işlərinə başlayıb

Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa çatan yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. “Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Masallı rayonunun ərazisində 35/10 KV-luq “Alvadı” yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Alvadlı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava […]

Ana Səhfə

Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru: “Qohum evliliklər risk faktoruna çevrilməkdədir”

“Dünyada tibbi biliklər sürətlə inkişaf edir, ona görə də hər il biliyi təkmilləşdirmək lazımdır. Əvvəllər il ərzində 5-6 min həkim müxtəlif tədbirlərdə iştirak edirdisə, indi bu rəqəm 20 minə yaxındır”. APA-nın xəbərinə görə, bunu “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda keçirilən elmi-praktiki konfransda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, professor […]

AKTUAL

Əli Əhmədov: “Qadınlar özlərini ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”

“Qadınlar təkcə kiçik sahibkarlıqla deyil, özlərini həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”. APA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib. O bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində […]

Dünya

Salome Zurabaşvili Tbilisidə baş verən etiraz aksiyalarında Rusiyanı günahlandırıb

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə baş verən etiraz aksiyalarında Rusiyanı günahlandırıb. APA-nın məlumatına görə, bu barədə o, “facebook” səhifəsində yazıb. O bildirib ki, Rusiya Gürcüstan daxilində qarşıdurmanın baş verməsində maraqlıdır. Həmçinin Belarus mətbuatı S Zurabaşvilinin bu ölkəyə rəsmi səfərini yarımçıq qoyaraq Gürcüstana qayıtdığını yazır. Xatırladaq ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş […]

İdman

“Zirə” bundan əvvəl 12 komandada oynamış qapıçını transfer edib

Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. APA-nın məlumatına görə, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanıb. Monteneqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.

Dünya

ABŞ İranın hava məkanından uçuşları qadağan edib

ABŞ-ın Federal Aviasiya Administrasiyası İranın hava məkanından uçuşları qadağan edib. APA-nın məlumatına görə, bu barədə CNBC kanalı məlumat yayıb. Bildirilir ki, qurum bölgədə baş verən gərginliklə əlaqədar Hörmüz boğazı və Oman körfəzinin İran tərəfindən idarə olunan hissəsinə düşən hava məkanından uçuşları qadağan etməyə dair fövqəladə əmr imzalayıb. Qeyd olunur ki, İran tərəfdən ABŞ-a məxsus uçuş […]

manset

Hicran Hüseynova: “Rektorlar gileylənirlər ki, texniki sahələrdə də qadınlar üstünlüyü ələ alacaq”

“Azərbaycanda elə peşə sahəsi yoxdur ki, qadınlar orda çalışmasınlar”. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərdi Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün bütün imkanlar var: “Əlbəttə qadınlar kişilərdən daha ehtiyatlıdırlar, bəzən risk etmək […]

İqtisadiyyat

Azərbaycanda KOB inkişafı mərkəzləri yaradılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə kiçik və orta biznes (KOB) inkişafı mərkəzlərin yaradılması istiqamətində işlərə start verib. “APA-Economics”in məlumatına görə, bunu “Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, bu mərkəzlər elm və təhsil müəssisələri ilə KOB subyektləri […]