Ölkə

Azərbaycanda fəaliyyət göstərən özəl bağçaların sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb. APA-nın xəbərinə görə, təhsil nazirinin mavini Firudin Qurbanov “Təhsilin biznesi sektoru forumu – mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib ki, son dövrlər məktəbəqədər təhsil pilləsində özəl sektorun inkişafına xüsusi diqqət yetirilir: “Son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Yəni, 5 […]

Hadisə

Gözəllik salonunun qarşısında keçmiş arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 28-ə təyin edilib.

Hadisə

Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Bakıda fəhlə işlədiyi binadan yıxılaraq ölüb. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda tikilməkdə olan binada qeydə alınıb. Orada fəhlə işləyən, Sabirabad rayonunun Çöl Beş Dəli kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Habil Seyfulla oğlu ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Ölkə

Liseylərin V siniflərinə qəbul üzrə elektron qeydiyyat başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib. […]

Ana Səhfə

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi başa çatdı – FOTOLAR

“Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu artırılmalıdır” Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı […]

Ölkə

“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib.

“Loqos” – un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan “Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib. Görüşün qonağı “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin (“İMSİ” GİB) sədri Araz Əhmədov olubdur. Əvvəlcə Araz Əhmədov haqqında qısa video rolik nümayiş edilib. Sonra görüş başlayıb və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla […]