Siyasət

Ramil Usubov kollektivlə vidalaşıb, yeni nazir təqdim edildi

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb. Unikal.org-un xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Ramil […]

Gündəm

Bakıda orqanik məhsullar festivalı keçirilir

Bu gün Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) işə başlayıb. Unikal.org xəbər verir ki, ilk dəfə keçirilən bu tədbir iyunun 23-dək davam edəcək. Festivalda 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunur. Tədbirin təşkilatları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, […]

AKTUAL

Eldar Quliyev təltif olundu

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev adıçəkilən beynəlxalq təşkilat tərəfindən fəxri medalla təltif olunub. Unikal.org xəbər verir ki, fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhvələr vermiş, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir. Belə ki, mükafat Eldar Quliyevə 20-21 iyun tarixlərində Bakıda […]

Ölkə

Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dillər Universitetinin elmi əməkdaşlıq şöbəsinin və ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə Nanjing Universitetinin beynəlxalq təhsil sahəsində məsləhətləşmə mərkəzinin rəhbəri Bian Ventao arasında görüş keçirilib. Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi strukturun tədqiqat, tədris və ictimai təhsili, Çin dili kurslarının işi, ADU ilə […]

Kriminal

Elinanın qəbri təhqir olundu – Cinayət işi açıldı

“Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb”. Bu barədə vəkil Emin İsayev Unikal.org-a məlumat verib. O bildirib ki, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib. Vəkilin sözlərinə görə, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) […]

İqtisadiyyat

Azərbaycanda iş və istirahət vaxtına dair şərtlər dəyişir – PA rəsmisi

“Azərbaycanda dövlət qulluqçularının iş və istirahət vaxtına dair şərtlər təkminləşdirilir.” Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsyayılov bildirib. O bildirib ki, bunlardan iş və istirahət vaxtına dair şərtlər diqqəti daha çox cəlb edir: “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan […]

manset

İlham Əliyev onu daxili işlər naziri TƏYİN ETDİ

Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Unikal.org xəbər evrir ki, sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

manset

Prezident Mədət Quliyevi VƏZİFƏSİNDƏN AZAD ETDİ

Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Unikal.org xəbər verir ki, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Ana Səhfə

Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. Unikal.org Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibinin gördüyü işlər barədə məlumatları təqdim edir. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası – 10 aprel 1997-ci ildə yaradılıb. Şura 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. […]