Ana Səhfə

Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək

Sharing is caring!

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibinin gördüyü işlər barədə məlumatları təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası – 10 aprel 1997-ci ildə yaradılıb.

Şura 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, Baş prokuror, Xarici İşlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası şuranın katibinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir